Azərbaycanda bazarda 7 nəfəri güllələyən şəxsə ağır cəza verildi

Azərbaycanda bazarda 7 nəfəri güllələyən şəxsə ağır cəza verildi2019-cu il iyunun 17-də Ağstafa rayonunda törədilmiş ağır cinayətin təfərruatları məlum olub. Səhər saat 8 radələrində rayon sakini Elnur Süleymanov "Kalaşnikov" markalı avtomat silahdan açdığı atəşlərlə 4 nəfəri qətlə yetirib və 3 nəfəri yaralayıb. Səbəbin nə olduğunu isə sujetdən biləcəksiz.

2019-cu il iyunun 17-i səhər saatlarında Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında satıcı işləyən Sadıqlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğulları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə Ağstafa RPŞ-nə məlumat daxil olub.

Aparılmış araşdırma ilə ağır cinayətin Sadıqlı kənd sakini, 25 yaşlı Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas məqsədi ilə törədilməsi müəyyən olunub. Elnur Süleymanov polis şöbəsinə könülü gələrək təslim olub və cinayət aləti olan "AKM" markalı silahı təqdim edib. İstintaqla müəyyən edilib ki, ağır cinayət iki nəsil- Musayevlər ailəsi ilə Süleymanovlar arasında 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar yaranıb.

Ailələr arasında dərinləşən münaqişə 2007- və 2008-ci illərdə Süleymanovlardan 2, Musayevlərdən isə 1 nəfərin ölümü ilə nəticələnib. Belə ki, Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarətlər yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orda vəfat edib.

Bundan 12 il sonra, 2019-cu il iyunun 17-də ailələr arasındakı münaqişə yenidən qanlı hadisə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında, bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib.

Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birlikdə yaxınlıqdakı bazara girib. Onları izləyən Süleymanov qisas məqsədi ilə "Kalaşnikov" markalı avtomatla Musayevləri atəşə tutub. Nəticədə ana və oğuları, həmçinin yaxınlıqda olan 1960-cı il təvəllüdlü Zeynəb Cəlilova da odlu silah yaralarından ölüblər. Məhkəmə prosesində Elnur Süleymanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Nəticədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1994-cü il təv. Elnur Süleymanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3305   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel