"Cümhuriyyəti quranlar Millət, Vətən, Dövlət üçün öz ailələrini belə qurban verdilər"-Tarixçi-alim

"Cümhuriyyəti quranlar Millət, Vətən, Dövlət üçün öz ailələrini belə qurban verdilər"-Tarixçi-alimBu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 yaşı tamam olur.

Bu tarixi gün ilə bağlı tarixçi-alim Sonxeber.az-a danışıb. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti ondadır ki, bizim dövlətçi millət olduğumuzu bir daha ortaya qoyub:

Çünki müstəmləkə dövründə belə bir fikir formalaşdırmışdılar ki, bunlar dövlətçi millət deyil, barbardırlar. Tarixdə də dövlətləri olmayıbdır. İndiki İran ərazilərinə də gəlmə olublar, yerli xalqlara öz dillərini güclə qəbul etdiriblər və onlara sahib çıxıblar.

XIX əsrin sonlarından başlayaraq erməni-şudraların yalan tarixini yaradır, indiki İran ərazilərində də farsları şişirtməyə başlayırdılar. XX əsrin əvvəllərində yaradılan Azərbaycan Cümhuriyyəti bütün bu ideologiyanı darmadağın etdi. Onlar dünyaya göstərdilər ki, biz varıq, biz millətik və bu millətin tarixi, dövlətçilik ənənəsi olubdur.

Onların yaratdıqları dövlətin ən böyük əhəmiyyəti isə Azərbaycan adında dövləti ortalığa qoymaları idi. Əgər bunu etməsəydilər, bu gün bu ad unudulub yoxa çıxacaqdı. Bizim düşmənlərimizin də ən böyük məqsədi bax bu idi. Onlar türk dünyasını məhv etmək üçün Azərbaycan adını tarixdən silməyə başlamışdılar. Hamının beyninə yeridirdilər ki, Azərbaycan burada deyil, Güneydə olubdur. Uydurma bir nəzəriyyə yaratdılar ki, Şirvanşahların Azərbaycana dəxli yoxdur. Azərbaycan Cümhuriyyətinin yaradılması bu məqsədin də qarşısını aldı. Azərbaycan adını "Bütöv Azərbaycan" coğrafiyasını əhatə etdiyini ortaya qoydular. Bunu o zaman düşünüb ortaya qoymaq həm də gələcəyə hesablanan strateji məqsəd idi. Bu birbaşa M.Ə.Rəsulzadənin əməyi idi.

İndi gördünüzmü bizim üçün nə böyük nəticə ortaya qoydular. Bütöv Azərbaycan məfkurəsini, azərbaycançılığı bizim üçün siyasi xəttə çevirdilər. Türklüklə azərbaycançılığı ustalıqla birləşdilər. Onların ortaya qoyduqları cəsarət, dövlətə, insanlığa münasibət indiki gəncliyə nümunə olmalıdır. Biz Cümhuriyyət tarixi ilə bağlı dərsləri dönə-dönə öyrənməli, onu yaradanların həyat yolunu dərindən tədqiq edib gəncliyimizə təqdim etməliyik. Təəssüf ki, onlara hələ lazımi qiyməti verə bilmirik. Çünki hələ də təfəkkürümüzdə onların tarixi xidmətlərinə yalnız tarixi hadisələr kimi baxırıq. Tarix isə nəticədir. Tarixdən nəticə çıxarmayan millətlər böyük uğursuzluqlara uğrayırlar. Biz Cümhuriyyət məsələsində ona qarşı düşmən mövqe tutan yerli Azərbaycan bolşeviklərinin də xəyanətini millətə yetərincə verə bilməmişik. Bunların xəyanəti bizim dövlətçiliyimizə ruslardan, ermənilərədən daha ağrılı xəyanətdir.

Düzdü, onları tarix cəzalandırdı, hamısının az qala and yerinə çevirdikləri SSRİ rəhbərliyi güllələtdirdi. Amma onların təfəkkürü hələ yaşayır. Bu gün də bu təfəkkür sahibləri Vətənə asanlıqla xəyanət edərlər. Millət, Vətən, Dövlət atributları müqqəddəsdirlər. Azərbaycan Cümhuriyyətini quranlar Millət, Vətən, Dövlət üçün öz ailələrinin üzərindən belə keçdilər. Bunları hər insan bacara bilməzdi. Biz belə bir nəsil yetişdirməliyik. İnsanda Millət, Vətən, Dövlət hissi öndə olmalıdır. Azərbaycan Cümhuriyyəti qəhrəmanları bizə bunu örnək qoydular"!

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1646   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021