İran parlamentin yeni spikeri kimdir?-Politoloq RƏYİ

İran parlamentin yeni spikeri kimdir?-Politoloq RƏYİİran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilib. Parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. Onun sədrliyə namizədliyi irəli sürüldükdən sonra açıq səsvermə keçirilib. Səsvermədə iştirak edən 264 Məclis üzvündən 230-u Qalibafın lehinə səs verib. Səsvermədə namizədlikləri irəli sürülən digər namizədlər - Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər Qalibafın xeyli gerisində qalıblar. Ancaq onlara da vəzifə tapılıb. Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər yeni spikerin 1-ci və 2-ci müavinləri vəzifəsinə təyin ediliblər.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Parlamentin keçmiş spikeri Əli Laricani də işsiz qalmayıb. İranın ali dini lideri Ayətullah Xamenei Əli Laricanini özünə müşavir və Məsləhət Şurasının üzvü təyin edib:

"Əli Laricani və onun müxtəlif dövlət vəzifələrində yer alan ailə üzvləri İranda məşhurdular. Əli Larincani vaxtilə prezidentliyə də iddia idi. Larincani müxtəlif zaman kəsiyində gah mühafizəkar, gah da şərti adı islahatçılar olan qanadın təmsilçisi kimi çıxış edib. Ancaq əgər Ali Dini lideri Əli Laricani özünə müşavir təyin edibsə, demək keçmiş spiker yenidən mühafizəkar baxışlara qayıdıb.

Bəs parlamentin yeni spikeri kimdir?

Məhəmmədbağır Qalibaf vaxtilə "Sepah" təşkilatının komandirlərindən biri olub. O 2000-2005-ci illərdə İranın polis komandanı, 2005-2017-ci illərdə isə Tehranın meri vəzifəsində çalışıb. O, Tehranın meri vəzifəsində çalışarkən ismi müxtəlif qalmaqallarda hallansa da, hər dəfəsində təhlükədən qurtula bilib. Məhəmmədbağır Qalibaf iki dəfə prezident seçkisində iştirak edib. O 2013-cü ildə "Ədalət və İnkişaf" seçki koalisiyasından prezident seçkilərində iştirak edərək 6 milyon çox səs toplamaqla ikinci olub. İndi isə Məhəmmədbağır Qalibaf mühafizəkarların tanınmış nümayəndəsi kimi parlamentin sədri seçilib. Son parlament seçkisində mühafizəkar millət vəkillərinin sayı artıb.
Xameneyi rəsmi internet səhifəsində işinə başlayan yeni Məclisə bu şəkildə mesaj da göndərib: "Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qütbləşmə ən ciddi təhlükədir..."

İranın ali dini liderini bu cür mesaj yayınlamağa nə məcbur edib?

Keçmiş parlamentdə bəzi hallarda qeyri-fars millət vəkilləri qruplar formalaşdırır və digər qruplarla ortaq hərəkət edir, müxtəlif açıqlamalar verirdilər. Məsələn, 2016-cı ildə İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası yaradıldı. Bu fraksiyadan 100-dən artıq millət vəkili yer almışdı. Bu fraksiyada yer alan millət vəkilləri müzakirələrdə türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini qaldırır və müxtəlif nazirlərin siyasətini tənqid edirdilər. Ancaq daha sonra həmin fraksiyanın fəaliyyəti faktiki dayandırıldı.

Doğrudur, ayrı-ayrı millət vəkilləri Məclisdəki çıxışlarında mərkəzi hakimiyyətin və ayrı-ayrı nazirlərin bölgələrə diqqətsizliyini yenə tənqid edirdilər, ancaq bu artıq fraksiyadan kənar idi.
Xameneyinin mesajının mənası aydındır. Ali dini lider Amerikanın sanksiyaları fonunda ölkəsində iqtisadi və sosial problemlər, o cümlədən koronavirusla mübarizənin davam etdiyi dönəmdə mərkəzi hakimiyyətin nəzarətindən kənar proseslərin təhlükəli olduğunu güman edir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1631   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021