Xalq artisti: "Rəhmətə gedən ata-anamı söyən müğənnini bağışlamayacağam" - VİDEO

Xalq artisti: "Rəhmətə gedən ata-anamı söyən müğənnini bağışlamayacağam" - VİDEO"Bacılarım ərləri tərəfindən edilən zorakılığa 15 il dözüb. O şillələrə, təhqirlərə… Amma ayrılandan sonra onlar qınanıldı, çünki tanınmış ailəyik."

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "ARB" televiziyasında yayımlanan "Elgizlə izlə" sosial-ictimai proqramında qonaq olarkən kişilər tərəfindən qadınlara qarşı edilən zorakılıqdan bəhs edərkən deyib.

Sənətçi ailədə şiddətlə üzləşən xanımlara efir vasitəsi ilə səslənib:

"Mentalitetimiz fərqlidir, XXI əsrdə yaşayırıq, təəssüf ki, ayrılanda xanımları günahlandırırlar. Bəylər var, baxanda deyirlər ki, çox mədənidir. Amma evində xanımına əl qaldırıb, onu döyür. Elə insan var ki, onun xanımını döyməsi ağıla gəlməz. Qadınlar var ki, 10-20 il şiddətə dözür, sonra isə evindən çıxıb gedir. Elə xanımlar da var ki, şiddətə bir il də dözmür.

Mənim ailə qurmağımın 32 ili tamam olur. Qismət olsa, Ədalət bəylə 35 illiyimizi qeyd edəcəyik.

Qızlara deyirəm ki, ərin şiddətinə dözməyin, pisdirsə ayrılın. Sizi təhqir edib, döyən biri ilə yaşamağa dəyməz. Mən heç yarım silləyə də dözmərəm".

Proqramın gedişatında B.Dadaşova mərhum valideynlərini təhqir edən bir müğənnini həyatı boyu bağışlamayacağını bildirib:

"Mənə deyirlər ki, kinlisən, bağışlamırsan. Bir müğənni var, rəhmətə gedən ata-anamı söyüb. Onu heç vaxt bağışlamayacağam. Ata-anamın dırnağı olmayan biri onları söyüb".

Qeyd edək ki, Xalq artisti B.Dadaşova Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə evlidir. Cütlüyün Cahad adlı oğlu var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2839   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021