Koronavirusa yoluxmada ölüm riski daşıyan ağciyər xəstəlikləri bunlardır-AZƏRBAYCANLI ALİM AÇIQLADI

Koronavirusa yoluxmada ölüm riski daşıyan ağciyər xəstəlikləri bunlardır-AZƏRBAYCANLI ALİM AÇIQLADIXəbər verdiyimiz kimi ötən gün Bakıda avtobusdan istifadə edən sərnişinlərin nəqliyyat vasitəsinə maskasız daxil olması haqqında məlumatlar öz əksini tapıb. Məlumatda bildirilir ki, maskadan istifadə etməyən sərnişinlərin nəqliyyat vasitəsinə daxil olmaları qadağan olunacaq.

Təbii ki, bunlar ölkəmizdə hazırda davam edən COVİD-19 əleyhinə mübarizədə insanların sağlamlıqlarına hesablanmış tədbirlərdir.

Bəzi qrup mütəxəssislərin fikrincə isə xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən insalara daimi olaraq tibbi maska taxmaq məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığı üçün bu cür xəstəliyi olan şəxslərin maska taxması onların orqanizmi üçün təhlükəli ola bilər. Qeyd olunub ki, bronxospazm, yüngül dərəcəli asfiksiya, nəfəs darlığı olan insanlar bu kateqoriyaya aiddir.

Həqiqətən də ağciyər xəstəliklərində risk qrupuna daxil olan şəxslərin maskadan istifadə etməsi onların sağlamlıqlarında təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycan Tibb Universitetinnin Ağciyər xəstəlikləri kafedrasının müdiri və dosenti, azərbaycanlı alim Rafiq Bayramov danışıb. Alim mövcud vəziyyəti, eləcə də sözügedən qrup şəxslərin risk daşıdığını nəzərə alaraq hər kəsin maskadan istifadə etməli olduğunu açıqlayıb. Əks halda ağciyərlə əlaqəli olan xəstəliklərdən əziyyət çəkən insanların virusa yoluxması daha təhlükəli nəticələrə gətirib çıxara bilər:

"Hazırda Azərbaycanda yoluxma rəqəmləri elə də ürəkaçan deyil. Bu, xalqımızın epidemiyaya görə həmrəy olmaması ilə əlaqəli məsələdir. İnsanlar şəxsi gigiyena qaydalarına, sosial məsafənin qorunmasına riayiət etmir, bu da nəticədə yoluxmaların artmasına səbəb olur. Məsələyə kim maska taxacaqsa nəfəs darlığı yaranacaq deyə taxmasın, infeksiyanı yoluxdursun kimi aspektdən yanaşmıram, həmin fikir ilə razı deyiləm. Ümumiyyətlə hazırkı koronavirus pandemiyası dövründə hər bir kəsin birmənalı olaraq qoyulan qaydalara əməl etməsi, infeksiyanın mübarizəsinə qoşulması lazımdır. Əgər insanlar qaydalara düzgün şəkildə əməl etməsələr, infeksiya ilə mübarizə aparmaq mümkün olmayacaq. Konkret olaraq maskanı kimlər taxa bilər, kimlər taxa bilməz məsələsinə gəldikdə isə bildirim ki, ağciyər xəstəliyindən əziyyət çəkən insanların hamısı maskasız da normal tənəffüs edə, nəfəs ala bilmir. Həmin adamlar maska taxanda nəfəs alacaqlar. Başqa bir tərəfdən yanaşsaq, belə adamların maska taxmadan infeksiyaya yoluxmasını göz önünə alsaq, bu daha təhlükəlidir, nəinki maskanı taxıb tənəffüsü daha çətin, daha ağır almaq. Xəstə olan insanlar ictimai yerlərdə olmamalıdırlar. Ümumilikdə götürəndə isə qeyd edim ki, xəstələrin maska taxması önəmlidir. Tənəffüs infeksiyalarında xəstələrin maska taxması qorunmaq baxımından daha önəmlidir. Çünki tənəffüs infeksiyalarının, o cümlədən COVİD-19-a da əsas yoluxma yolu aerogen yoldur. Yəni virus insanlara nəfəs, hava ilə keçir. Xəstələr maskanı taxdıqda onların digər şəxsləri yoluxdurma ehtimalı bir o qədər az olur".

Koronavirusa yoluxmada ölüm riski daşıyan ağciyər xəstəlikləri bunlardır-AZƏRBAYCANLI ALİM AÇIQLADIAzərbaycanlı alim Rafiq Bayramov həmçinin ağciyər xəstəliyindən əziyyət çəkən insanların koronavirus xəstəliyini ağır fəsadlarla keçirməsini qeyd edib və ölüm riski daşıma ehtimalı olan ağciyər xəstəliklərinin adını da açıqlayıb:

"Bronx- abstruktiv, bronxial- astma, xroniki abstruktiv ağciyər xəstəliyi olan insanların onsuz da adi halda da nəfəs darlığı olur. Belə insanlar koronavirusa yoluxduğu halda xəstəliyi daha ağır keçirirlər. Çünki virusun ən çox zədələdiyi orqan tənəffüs orqanlarıdır. Həmin adamlarda bronx- ağciyər aparatı zədənlənmiş olduğundan belə adamların maskalardan istifadə etməsi vacibdir. Qeyd edim ki, bronx- ağciyər aparatının 800- dən çox xəstəliyi var. Demək olar ki, hamısı COVİD-19 infeksiyasına yoluxmaya görə risk qrupuna daxildir. Belə xəstələrin hamısında ağciyər aparatı normal olmur və ya zədələnmiş olur. Rast gəlmə tezliyi ilə müqayisə etsək, yəni daha çox rast gəldiyimiz vəziyyətləri nəzərə alsaq, ən çox ağciyər vərəmi, xroniki abstruktiv ağciyər, bronxial- astma xəstəliyi olanlar sözügedən virusa yoluxmada daha ağır forma ilə yanaşı ölüm riskinə daxildirlər. Maskanı taxa bilməyən insanların bir qrupu da tütün çəkən insanlardır. Tütün çəkənlər də tənəffüs darlığı yaşaya bilər ".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3759   Tarix: 29 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel