DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilibMayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. Partiyadan bildiriblər ki, R.Əmirov saxta, siyasi motivli ittihamla həbs edilib.

DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur:

"Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə, burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. R.Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlib. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunub. R.Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib.

Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya aid olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutkalıq həbs olunub. Göründüyü kimi, Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1862   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021