"Tənəffüs infeksiyalarında xəstələrin maska taxması qorunmaq baxımından daha önəmlidir"-Azərbaycanlı alim

"Tənəffüs infeksiyalarında xəstələrin maska taxması qorunmaq baxımından daha önəmlidir"-Azərbaycanlı alimPandemiya ilə bağlı elan olunmuş karantin rejiminin bir çox qadağaları ləğv olunsa da, bir sıra məhdudiyyətlər hələ də qalır. O cümlədən toy mərasimləri, uşaq əyləncə mərkəzləri və kütləvi idman tədbirləri hələ də qadağandır. Bundan başqa qoruyucu maska və sosial məsafə məcburi olacaq. Davam edən qadağalar əsasən sosial məsafə və daha çox kütləvi təmaslarla əlaqədardır.

Düzdür, hazırda xüsusən də Bakıda maska və sosial məsafə qaydalarına riayət olunmada laqeydlik müşahidə olunur. Hətta maska və sosial məsafə ilə bağlı son qərara tənqidi münasibət də oldu.

Bəzi qrup mütəxəssislərin fikrincə isə xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən insalara daimi olaraq tibbi maska taxmaq məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığı üçün bu cür xəstəliyi olan şəxslərin maska taxması onların orqanizmi üçün təhlükəli ola bilər. Qeyd olunub ki, bronxospazm, yüngül dərəcəli asfiksiya, nəfəs darlığı olan insanlar bu kateqoriyaya aiddir.

Həqiqətən də ağciyər xəstəliklərində risk qrupuna daxil olan şəxslərin maskadan istifadə etməsi onların sağlamlıqlarında təhlükə yarada bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a Azərbaycan Tibb Universitetinnin Ağciyər xəstəlikləri kafedrasının müdiri və dosenti, azərbaycanlı alim Rafiq Bayramov danışıb. Alim mövcud vəziyyəti, eləcə də sözügedən qrup şəxslərin risk daşıdığını nəzərə alaraq hər kəsin maskadan istifadə etməli olduğunu açıqlayıb. Əks halda ağciyərlə əlaqəli olan xəstəliklərdən əziyyət çəkən insanların virusa yoluxması daha təhlükəli nəticələrə gətirib çıxara bilər:

"Hazırda Azərbaycanda yoluxma rəqəmləri elə də ürəkaçan deyil. Bu, xalqımızın epidemiyaya görə həmrəy olmaması ilə əlaqəli məsələdir. İnsanlar şəxsi gigiyena qaydalarına, sosial məsafənin qorunmasına riayiət etmir, bu da nəticədə yoluxmaların artmasına səbəb olur. Məsələyə kim maska taxacaqsa nəfəs darlığı yaranacaq deyə taxmasın, infeksiyanı yoluxdursun kimi aspektdən yanaşmıram, həmin fikir ilə razı deyiləm. Ümumiyyətlə hazırkı koronavirus pandemiyası dövründə hər bir kəsin birmənalı olaraq qoyulan qaydalara əməl etməsi, infeksiyanın mübarizəsinə qoşulması lazımdır. Əgər insanlar qaydalara düzgün şəkildə əməl etməsələr, infeksiya ilə mübarizə aparmaq mümkün olmayacaq. Konkret olaraq maskanı kimlər taxa bilər, kimlər taxa bilməz məsələsinə gəldikdə isə bildirim ki, ağciyər xəstəliyindən əziyyət çəkən insanların hamısı maskasız da normal tənəffüs edə, nəfəs ala bilmir. Həmin adamlar maska taxanda nəfəs alacaqlar. Başqa bir tərəfdən yanaşsaq, belə adamların maska taxmadan infeksiyaya yoluxmasını göz önünə alsaq, bu daha təhlükəlidir, nəinki maskanı taxıb tənəffüsü daha çətin, daha ağır almaq. Xəstə olan insanlar ictimai yerlərdə olmamalıdırlar. Ümumilikdə götürəndə isə qeyd edim ki, xəstələrin maska taxması önəmlidir. Tənəffüs infeksiyalarında xəstələrin maska taxması qorunmaq baxımından daha önəmlidir. Çünki tənəffüs infeksiyalarının, o cümlədən COVİD-19-a da əsas yoluxma yolu aerogen yoldur. Yəni virus insanlara nəfəs, hava ilə keçir. Xəstələr maskanı taxdıqda onların digər şəxsləri yoluxdurma ehtimalı bir o qədər az olur".

Azərbaycanlı alim Rafiq Bayramov həmçinin ağciyər xəstəliyindən əziyyət çəkən insanların koronavirus xəstəliyini ağır fəsadlarla keçirməsini qeyd edib və ölüm riski daşıma ehtimalı olan ağciyər xəstəliklərinin adını da açıqlayıb:

"Bronx- abstruktiv, bronxial- astma, xroniki abstruktiv ağciyər xəstəliyi olan insanların onsuz da adi halda da nəfəs darlığı olur. Belə insanlar koronavirusa yoluxduğu halda xəstəliyi daha ağır keçirirlər. Çünki virusun ən çox zədələdiyi orqan tənəffüs orqanlarıdır. Həmin adamlarda bronx- ağciyər aparatı zədənlənmiş olduğundan belə adamların maskalardan istifadə etməsi vacibdir. Qeyd edim ki, bronx- ağciyər aparatının 800- dən çox xəstəliyi var. Demək olar ki, hamısı COVİD-19 infeksiyasına yoluxmaya görə risk qrupuna daxildir. Belə xəstələrin hamısında ağciyər aparatı normal olmur və ya zədələnmiş olur. Rast gəlmə tezliyi ilə müqayisə etsək, yəni daha çox rast gəldiyimiz vəziyyətləri nəzərə alsaq, ən çox ağciyər vərəmi, xroniki abstruktiv ağciyər, bronxial- astma xəstəliyi olanlar sözügedən virusa yoluxmada daha ağır forma ilə yanaşı ölüm riskinə daxildirlər. Maskanı taxa bilməyən insanların bir qrupu da tütün çəkən insanlardır. Tütün çəkənlər də tənəffüs darlığı yaşaya bilər ".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1592   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel