"Pandemiya olmasa belə neft qiymətlərinin kəskin şəkildə artması üçün fundamental iqtisadi əsas yoxdur"-RƏY

"Pandemiya olmasa belə neft qiymətlərinin kəskin şəkildə artması üçün fundamental iqtisadi əsas yoxdur"-RƏYBir sıra analitik agentliklərə (Rystad Energy) görə, dünya bazarında neftin qiymətləri koronavirusun ikinci dalğası riski səbəbindən qalxıb, yenidən düşməyə başlaya bilər. Payız aylarında dünya bazarlarında neft qiymətləri hansı həddə ola bilər?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a danışıb.

O, bildirib ki, bü gün biz neft qiymətlərində artım olduğunu görürük:

"Yəni müəyyən qiymətlərin sabitləşməsi və artıma doğru olan dinamikanı müşahidə edirik. Qiymətlər 37 dollara qədər artıb. Amma unutmayaq ki, bunun əsas səbəbləri birinci növbədə OPEK + formatının yeni çərçivəsində, hasilatın kəskin şəkildə azaldılması ilə bağlıdır. Digər əsas amil, bir sıra ölkələr artıq tədricən anons edirlər ki, sərhədlər açılacaq, müəyyən qədər aviadaşımalar bərpa olunacaq eyni zamanda avtonəqliyyatın hərəkəti dünya üzrə bir qədər aktivləşəcək. Bütün bunlar neft bazarına təsir göstərir. Şübhəsiz ki, bütövlükdə neft bazarındakı qiymətlər uzun illər ərzində real bazar prinsipləri əsasında deyil, möhtəkirlik prinsipləri əsasında formalaşır və aparıcı neft hasilatçıları kəskin şəkildə səylərini artırıblar ki, neftin qiymətləri bir qədər yüksəlməyə doğru getsin.

Bu da ona səbəb olub ki, qiymətlər artıb. Amma fundamental dərin əsaslar neft qiymətlərinin artımı üçün yoxdur. Əgər biz bu gün konkret olaraq tələb və təklifin əsasında qiymətlərin formalaşdırılmasına getsək qiymətlər 25-30 dollara düşəcək. Həmçinin OPEK+ çərçivəsi aradan qaldırılsa, o zaman qiymətlər yenidən düşə bilər. Eyni zamanda koronavirusla bağlı vəziyyət qeyri-müəyyəndir. Biz deyə bilmərik ki, koronavirusun ikinci dalğası payızda və yaxud yay aylarında olmayacaq. Əgər ikinci dalğa olarsa, yenidən iqtisadi cəhətdən qiymətlərin azalmasına təsir göstərəcək. Unutmayaq ki, bütün əsas aparıcı hasilatçı dövlətlər 10%-dən 20%-ə yaxın hasilatını azaldıblar.

Əgər bu gün qiymət artımını mart-aprel ayına nisbətən 25% hiss ediriksə, nəzərə almalıyıq ki, hasilat 20% azalıbsa demək real artım neft satışından əldə olunan resurslar nöqteyi nəzərdən cəmi 5-6%-dir. Yəni neft ölkələri bu artımdan böyük dividentlər qazanmırlar. Bütövlükdə neft bazarı kifayət qədər çətin dövr yaşayır. Hesab edirəm ki, hətta pandemiya olmasa belə neft qiymətlərinin kəskin şəkildə artması üçün fundamental iqtisadi əsas yoxdur. Çünki dünya iqtisadiyyatı yeni dönəmə qədəm qoyur və bu yeni dönəmdə neftə enerji daşıyıcısı kimi tələb azalmalıdır.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1974   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel