Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovulduNorveçli müdafiəçi Veqard Forrenin müqaviləsi qumar aludəçiliyinə görə "Molde" klubu tərəfindən birtərəfli qaydada ləğv edilib.

Bu barədə "HaberGlobal" məlumat yayıb.

32 yaşlı müdafiəçinin qumara aludə olması maraqlı şəkildə ortaya çıxıb.

Belə ki, "Molde" futbolçularının il ərzində müəyyən qaydaları pozduqları halda ödədikləri cəzalar var. Bu cəza ödənişlərinin toplandığı bir bank hesabı mövcuddur. Bu hesabı isə iki ildir komandanın ən təcrübəli üzvü Veqard Forren idarə edir. Hesabdakı pulların bir qismi ilin sonunda xeyriyyə fondlarına köçürülür.

V.Forren idarə etdiyi bu hesabdan son dövrdə qumar borcunu ödəmək üçün külli miqdarda vəsait götürərək qısa müddətli kreditləri üçün istifadə edib. Əvvəllər də bir neçə dəfə bu cür addım atan futbolçu sonuncu dəfə pulu vaxtında yerinə qoya bilmədiyi üçün yaxasını ələ verib.

"Pul qazanmağa başladığım gündən bu yana təxminən 15 ildir ki, qumar aludəçisiyəm. Qəbul etmək çətin olsa da bu, məni və yaxınlarımı məhv edən bir xəstəlikdir. Vəziyyəti sevdiklərimə açıqladım və hər kəsdən üzr istədim", - deyə futbolçu bildirib.Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4192   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ

4 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO

İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir

11 sentyabr 2021
.

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00

11 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. -ın Haber Globala istinadən verdiyi məlumata görə, o, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda ye

6 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021