"Palmali Holding" müflis elan edilib

"Palmali Holding" müflis elan edilibMartın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu "Palmali Holding Company Limited" müflis olub.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və "Palmali Holdinq"in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Hamburg Commercial Bank"ı "Palmali Holding"in 27 milyon ABŞ dollarlıq borcuna qarşı 6 ümumi yük gəmisinə nəzarətin banka təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdi. 2018-ci ildə isə Rusiyanın Rostov Arbitraj Məhkəməsi, "Sberbank"a olan 220 milyon ABŞ dollarlıq borcunun qarşılığında şirkətin törəmə müəssisəsi "Palmali Rostov" MMC-in müflis olmasını təsdiqləmişdi. Məhkəmənin qərarı ilə "Palmali Rostov" MMC-yə məxsus 52 gəmiyə həbs qoyulmuş, 43 gəmi isə Rostov Məhkəməsi tərəfindən 2019-cu ilin sentyabrında satışa çıxarılmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2969   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart