"Aparılan sistemli islahatlar Azərbaycan Ordusunu gücləndirib" - Deputat

"Aparılan sistemli islahatlar Azərbaycan Ordusunu gücləndirib" - Deputat"Hazırda Azərbaycan Ordusunda aparılan dəyişikliklər onun güclənməsinə xidmət edir".

Bunu Hit.Az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycan əsgərinin və zabitinin döyüş qabiliyyətinin artırılması, məişət şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər görülür.

Deputat vurğulayıb ki, orduda sistemli islahatlar həyata keçirilir: "Silahlı Qüvvələrimiz ən müasir silah və hərbi texnikalarla təmin olunub. Biz bunu müxtəlif vaxtlarda keçirilən hərbi təlimlərdə də görürük. Həmin təlimlərdə şəxsi heyətin yüksək peşəkarlıqla döyüş vasitələrindən istifadə etdiyinin şahidi oluruq".

A.Mollazadə qeyd edib ki, hazırda şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir:

"Şəxsi heyətə olan diqqət - onların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması, mənzillərlə təmin edilməsi, hərbi hissələrin təmir olunması, yenilərinin tikilməsi hərbçilərin döyüş ruhunun artmasına təsir edir. Düşünürəm ki, bu islahatlar davamlı olacaq".

Qeyd edək ki, mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park-3" yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada məcburi köçkünlərlə görüşdə deyib: "Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə naziri qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1745   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?

Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ehtimallara görə reallıqda mövcud olublar. Onların güman olunan prototipləri təxminən 400 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. Bu barədə "The Guardian"a britaniyalı tarixçi və yazıçı Bethany Hyuz məluma

27 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart
.

yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurdu - VİDEO

Martın 26-da Rusiyanın Nijni Tagil şəhərində yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurub. Qeyri-adi qəza magistralın ehtiyat yolla kəsişməsində baş verib. Toqquşma nəticəsində avtomobil ciddi şəkildə əzilib. Avtomobilin sürücüsünün xəsarət alıb-almadığı məlum deyil. Qeyd edək ki, yaxınlıqd

27 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart