Milli Məclis maska taxmamağa görə cərimələri təsdiq etdi

Milli Məclis maska taxmamağa görə cərimələri təsdiq etdiMilli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müəyyən edib.

Sonxeber.az xeber verir ki, bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 7192   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Deputat: "Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxalq hüquqi razılşamadan irəli gəlir"

"Mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" işi üzrə qərar çıxarıb. Həmin iş üzrə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi ilə bağlı müəyyə

31 may

Deputat işsizlərin rəsmi statistikasının hazırlanmasını təklif edib

"İşsizlərin rəsmi statistikasının hazırlanmasına ehtiyac var".. . Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib. . . O bildirib ki, aidiyyəti orqanlar 190 manatın iyun ayında da insanlara verilməs

31 may

Əli Hüseynli: "Ölkə başçısı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçib"

"Prezident İlham Əliyev ötən gün AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı".. . Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələləri

31 may

Parlamentdə sosial şəbəkələrlə bağlı qanunun hazırlanması təklif olunub

"ABŞ kimi dünyada demokratiyanın göstəricisi sayılan ölkədə sosial şəbəkələrlə bağlı qərar qəbul olunub".. . Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavid Osmanov deyib. O bildirib ki, belə bir qanunun Azərbaycand

31 may

Milli Məclisin rəhbərliyi və deputatlar iclasa tibbi maska ilə gəlib

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir.. . Sonxeber.az xəbər verir ki, iclasda Milli Məclisin Sədri Sahibə Qafarova və onun müavinləri, habelə digər deputatlar tibbi maskadan istifadə edir.. . İclasda Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli spikerin iclası aparması üçü

31 may

"ABŞ-ın ÜST-ün maliyyəsini kəsməsi quruma ciddi zərbədir"-RƏY

Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib. ABŞ lideri bu qərarı ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah edib. ÜST-ə ayrılan 450 milyon dollar vəsait dünyada təcili tibbi yardıma ehtiyac duyula

30 may

"Azərbaycan diplomatik hücumla Ermənistanı küncə sıxışdırıb"-RƏY

Qarabağı işğal altında saxlayan Ermənistan Azərbaycanın xeyli güclənən diplomatik təzyiqinə məruz qalır. Bu amil özünü erməni mövqeyinin istər Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, istərsə də beynəlxalq səhnədə, iştirak etdiyi beynəlxalq qurumlarda zəifləməsində büruzə verir.. . Erməni tərəfini

30 may

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 29 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.. . Sonxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdə

30 may

Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. . . AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:. . "Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasını

29 may