"Toylar 50 nəfərlə iki saatlıq keçirilsin" - Milli Məclisdə təklif

"Toylar 50 nəfərlə iki saatlıq keçirilsin" - Milli Məclisdə təklif"Karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa, da məsuliyyətsiz vətəndaşlara görə yoluxma sayı artmaqdadır".

Sonxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat Fazil Mustafa isə qeyd edib ki, cərimənin tətbiqini məhkəmənin üzərinə qoymaq doğru deyil: "Bu, keçici prosesdir. Keçici prosesdə insanları intizama cəlb etmək üçün bu layihə hazırlanıb. Burada vəzifəli şəxslərin məsuliyyəti layihədən çıxarılmalıdır, yalnız fiziki şəxslər məsuliyyət daşımalıdır. Vəzifəli və hüquqi şəxslərin məsuliyyətə cəlb edillməsi vəziyyəti mürəkkəbləşdirəcək. Digər tərəfdən, mərhələli şəkildə cərimə tətbiqini də doğru hesab etmirəm. Təklif olunur ki, maska taxmayan şəxslər 50 manat cərimələnsin. Bu, heç də az məbləğ deyil. Təkcə maska məsələsi ilə vəziyyət normallaşmayacaq. Biz maarifçilik məsələsində geri qalırıq. Digər tərəfdən, toyların keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix qoyulmalıdır. Çıxış yolunu müəyyən etmək lazımdır. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirlər keçirilməlidir. Məsələn, 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar. Naxçıvana gediş-gəlişlə bağlı məsələni də tezləşdirmək lazımdır. Problemi nə qədər görməzdən gəliriksə, daha çox şişir. Ona görə də problemlərin həllinə çalışmaq lazımdır. Müvafiq icra orqanları bu halı müəyyən edəndə elə oradaca cəriməni tətbiq etməlidir".

Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibəti birmənalı deyil: "Bu gün vətəndaşlar koronavirusun qlobal oyun olduğunu düşünürlər. Xəstələr bütün dünyada sanki gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır, rəsmi məlumatlara etibar etmir. İnsanların qəlbinə şübhə toxumu səpilir. Bu gün xəstəxanaya gedənləri çox incidirlər. Məgər insanın başqa xəstəlikdən qızdırması ola bilməz? İnsanlar bu gün qorxudan təcili yardıma belə zəng etmirlər. Bu gün bu xəstələri, onların çəkdiui əziyyəti göstərmək lazımdır. Bu gün təbliğat düzgün getmir. İndi deyirlər ikinci dalğa payızda olacaq. Hər şey sirr pərdəsi ilə örtülüb. Sirr pərdəsi götürülməsə, inam da olmayacaq. İkincisi, bu pandemiya dövrü bizim üçün bir fürsətdir ki, israfçılığın qarşısı alınsın. İnsanların toy və yas məclisləri ilə bağlı fərqli davranması üçün işlər görülə bilər".

Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur, bütün proses şəffaf aparılır.

Millət vəkili Azay Quliyev də deyib ki, bu gün Azərbaycanda hər hansı informasiya boşluğu yoxdur: "Koronavirusun fəsadları ilə bağlı bizim televiziyalarda mütəmadi məlumatlar verilir. Bütün bunlara baxmayaraq, insanlarda bu məsələyə məsuliyyətsiz yanaşma davam edir. Bu gün heç kim istəməz ki, insanlara əlavə cərimələr tətbiq edilsin. Bu, sırf Azərbaycan üçün spesifik problem deyil. Biz bu cəriməni bu gün tətbiq etməklə vətəndaşı qorumağa çalışırıq. Yumşalma prosesi getdikcə yoluxma sayı artmağa başladı".

A.Quliyev təklif edib ki, cərimələr iki halda tətbiq edilməlidir: "Açıq havada və qapalı məkanlarda maska taxmaqla bağlı risklər fərqlidir. Bu gün biz 50 manatı qapalı məkanlarda maskadan istifadə etməyən insanlara tətbiq edə bilərik. Açıq havada bu rəqəm 20-30 manat həcmində götürülə bilər. Fazil müəllimin hüquqi şəxslərin burada məsuliyyətdən azad olunması fikri ilə razı deyiləm. Ən çox elə onlar məsuliyyətə cəlb edilməlidir. Cərimə sanksiyaları yalnız insanların sağlamlığını qorumaq üçün tətbiq edilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7608   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021