"Türkiyə və İsrail arasındakı iqtisadi münasibətlər siyasi münasibətlərə müsbət təsir etməyəcək"- RƏY

"Türkiyə və İsrail arasındakı iqtisadi münasibətlər siyasi münasibətlərə müsbət təsir etməyəcək"- RƏY10 illik fasilədən sonra Türkiyə və İsrail arasında yaxınlaşma müşahidə olunur. 2010-cu il mayın 31-də Türkiyədən Qəzzaya yardım aparan "Mavi Marmara" adlı yardım gəmiləri donanmasına İsrail ordusunun hücum etməsi iki ölkə münasibətlərini çətin vəziyyətə salıb. Hətta diplomatik əlaqələr məhdudlaşdırılıb, səfirlər geri çağırılıb.Ancaq son aylarda Ankara-Təl-Əviv əlaqələrində yenidən istiləşmə müşahidə olunur. Mayın 24-də 10 illik fasilədən sonra İsrailin milli aviaşirkəti "El Al" İstanbula ilk səfərini həyata keçirib. İki həftə əvvəl isə Aralıq dənizi sahili ölkələrinin Türkiyə əleyhinə birgə bəyanatına İsrail imza atmayıb. Müşahidəçilər görə bu, Türkiyə ilə yaxınlaşma ilə əlaqədardır. Sirr deyil ki, ötən müddətdə Türkiyə-İsrail əlaqələrinin regional siyasətə təsiri ilə yanaşı Azərbaycan üçün də çətin sınaq olub. Çünki Azərbaycan Türkiyə ilə dost-qardaş ölkə olmaqla yanaşı. Eyni zamanda İsraillə yaxın əlaqələrə malik ölkələrdən biridir. İndi isə bu həssas mərhələ arxada qalır.

Bununla bağlı Sonxeber.az-a danışan Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə-İsrail yaxınlaşması barəsində nəsə demək üçün tezdir: "Doğrudur, ən ağır dövrdə belə iqtisadi əlaqələr davam edir, təyyarələr uçurdu. Azərbaycan özü Türkiyə üzərindən İsrailə neft satır. Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr bu illər ərzində də var idi. Fələstin məsələsi durduqca, Amerika bu məsələdə İsrailə dəstək olduqca inanmıram ki, Türkiyə prezidenti siyasi mövzularda tam dəstəkləsin. Əlbəttə diplomatik əlaqələr olacaq. Ancaq iqtisadi və ticarət mübadiləsi siyasi münasibətlərə müsbət təsir edəcəyini mən düşünmürəm. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İsrail məsələsində Azərbaycanın özəl yanaşması var. Azərbaycan-İsrail münasibətlərində gərginlik yoxdur. Əməkdaşlıq davam edir. Biz İsraildən silah-sürsat alırıq. Türkiyə üstündən İsrailə neft satırıq. İsrail neftə olan ehtiyacının 40 faizini məhz Azərbaycandan əldə edir. Türkiyə strateji müttəfiqimizdir deyə İsraillə münasibətləri pozub, gərginləşdirə bilmərik. Əlbəttə biz Türkiyə-İsrail münasibətlərinin gərgin olmasını istəmirik. Biz kiçik dövlətik. Ona görə də Türkiyə-İsrail münasibətlərinə qarışa bilmərik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1170   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel