"Koronavirusa yoluxma gün ərzində 500-600 nəfərə qədər arta bilər"- Professordan Şok Proqnoz

"Koronavirusa yoluxma gün ərzində 500-600 nəfərə qədər arta bilər"- Professordan Şok ProqnozAzərbaycanda koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Üstəlik son bir ayda yoluxma sayında artım davam etməkdədir, ötən gün isə koronavirusa 250-dən çox insan yoluxub. Bu Azərbaycan üçün rekord rəqəmdir. Eyni zamanda 3300-dən çox insan artıq sağalıb. 61 nəfər, yəni təxminən 1,02 faiz ölüm halı qeydə alınıb. 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan üçün vəziyyət daha təhlükəli hal ala bilərmi? Yoluxmanın bu səviyyədə artımı nə zamana qədər davam edəcəyi bu gün əsas məqamlardan biridir. Həmçinin xəstələnmə sayı artsa, ölkədəki müalicə müəssisələrində xəstə yerləşdirməsində problem yarana bilərmi?

Bununla bağlı Sonxeber.az-a tibb eksperti Adil Qeybulla danışıb. Ekspert ölkəmizdə pandemiyanın artan dinamikasına uyğun olaraq xəstələrin sayının gün ərzində 500- 600 nəfərədək artacağını açıqlayıb:

"Əgər bu tendensiya ilə davam etsə, xəstəliyə yoluxmada artım sayı 500-600 nəfərə qədər arta bilər. Bu görülən tədbirlərdən asılıdır. Xəstəliyin artım tempi mahiyyət etibarı ilə Operativ Qərargahın yalnışlığıdır. Qurum karantin tədbirlərini yumşaltmadan əvvəl karantin davranışlarını şərtləndirməli idi. Müəyyən məsələlərin, insanların necə davranması, istifadəsinə icazə verilən ticarət obyektlərinin və s.işini, fəaliyyətini necə tənzimləməsi haqqında təlimat hazırlamalı idilər. Hazırda xəstəliyə yoluxmada hər gün 20 nəfərin artımını müşahidə edirik. Əslində mənfi dinamika var. Çünki xəstələnmə ilə sağalma arasında fərq var. Yəni virusa yoluxan daha çoxdur, nəinki sağalan".

Professor Adil Qeybulla xəstəliyin artmasında əsasən insanları qınayıb. O qeyd edib ki, hətta insanların əksəriyyəti onun sosial şəbəkələrdə koronavirusla bağlı paylaşımlarının altından söyüş kimi ifadələr yazırlar. Digərləri isə koronavirusun ölkəmizdəki rolunu oyun planı üzərində olan məsələ kimi dəyərləndirir:

"İnsanlar sosial şəbəkələrdə məsləhət yazanda altında söyüş yazırlar. Yazırlar ki, koronavirus "boş şeydi". Cəmiyyət bu cür hərəkət edəndə, vəziyyəti "iqnor" edəndə, məsuliyyətsizliklər göstərəndə düşünmürdüki, nəticəsi bu cür olacaq? Həmin insanlar təkcə öz taleyini deyil, ətrafdakıların taleyini də sual altına qoyur. Bu məntiqi nəticədir. Xəstəlik hələ artacaq. İnsanlar Çindəki kimi virusa yoluxanların küçələrdə yıxılıb ölməyini görəndən, öz yaxın qohumuna yaxın durmağa qorxandan sonra ayılacaq. Bu zaman təhlükənin dərəcəsini dərk edəcəklər. Qeyd etdiyim məsələ həm də mədəniyyət məsələsidir. Ona görə hesab edirəm ki, bu məsələdə birinci növbədə vətəndaşların özləri məsuliyyət daşıyır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4411   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel