"Ən səmərəli mexanizm snayperlərimizin lüləsində, qırıcılarımızın qanadlarındadır"-RƏY

"Ən səmərəli mexanizm snayperlərimizin lüləsində, qırıcılarımızın qanadlarındadır"-RƏYSon həftələrdə erməni tərəfi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təxribatçı açıqlamaları, xüsusilə də problemin həllində xüsusi üstünlüklər tələb etməklə diqqət çəkir. Öz növbəsində, Bakı ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatların başlamasının mümkünlüyünü istisna etmir.

Ermənistanın müraciət etdiyi "Zor işlətməmək" prinsipinə (1975-ci il Helsinki yekun aktının ikinci bəndində), bu prinsip qoşunlar öz dövlətinin sərhədlərində yerləşdiyi və işğal olmadığı şərtlərində tətbiq olunur. Hər hansı bir dövlətin ərazisi işğal olunduqda bu prinsip pozulmuş sayılır və BMT Nizamnaməsinin 51-ci maddəsi (özünümüdafiə hüququ) qüvvəyə minir. Bununla yanaşı, Rusiya ekspertlər cəmiyyətinin Ermənistanın da daxil olduğu KTMT-nin Yerevana görə münaqişəyə qarışmayacağı ilə bağlı mövqeyi də var.

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Azərbaycan beynəlxalq hüququn bizə tanıdığı özünümüdafiə hüququndan istifadə etməlidir:

"Müharibənin diplomatik hazırlıq mərhələsi həyata keçirilməli, güc mərkəzlərilə razılaşdırılmalı və əməliyyatlara başlanılmalıdır. Nə hərb, nə də sülh Rusiyaya, Ermənistana, həmsədrlərə, bir sözlə Azərbaycandan başqa hamıya sərf edir. Həmsədrlərdən imtina edilməlidir, çünki onlar öz missiyalarını layiqincə yerinə yetirə bilməyiblər. Minsk qrupunun fəaliyyəti iflasa uğrayıb. Eyni zamanda həmsədrlərin fəaliyyəti təhlükə yaradır, çünki onlar bölgəyə sülh yox, ölüm gətirirlər.

Hər dəfə Minsk qrupu həmsədrləri, yaxud digər yüksək rütbəli xarici qonaq bölgəyə gələndə atəşkəs daha şiddətlə pozulur, hərbçilərimiz öldürülür. Son dəfə də belə oldu, mayorumuz şəhid edildi. ABŞ dövlət katibi Hillari Klinton bölgəyə səfər edəndə 5 əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Hansısa dövlət başqa bir dövlətə "bölgəyə gəlmə, burada söz sahibi mənəm!" mesajı verirsə, bunu günahsız dinc əhali və hərbi qulluqçu olan azərbaycanlıların həyatına son qoymaqla edir.
Görünən odur ki, hər dəfə bu səfərlər baş tutduqda bizim məsum insanlar öldürülür və öldürüləcək. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib Xankəndində, Şuşada kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə bizim günahsız insanlarımız həlak olmalı, ailələr başsız, analar gözüyaşlı, uşaqlar yetim qalmalı deyil. Minsk qrupu 26 ildə fəaliyyətində heç bir uğura nail olmayan səriştəsiz təsisat kimi ləğv olunmalı, məsələ başqa bir formatda həll edilməlidir. Türkiyə, Almaniya da daxil olmaqla yeni bir qurum yaradılmalıdır.

Azərbaycan bu ölkələrlə enerji və s. sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlığın siyasi dividendi Qarabağ məsələsində onlardan dəstək almağa sərf olunmalıdır. Ermənistan-Azərbaycan münaqişəsi təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın Naxçıvana da ərazi iddiaları var. 1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçı dövlətidir, 1991-ci ildən bəri Naxçıvan blokadada olub, orada ağır döyüşlər gedib. Qarabağ və Naxçıvan məsələsi paralel götürülməlidir.

Bu baxımdan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə dair yaradılmalı olan yeni təşkilata üzvlüyü vacibdir. Necə ola bilər ki, Fransa kimi regiona dəxli olmayan, açıq-aşkar ermənipərəst dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkəsi kənarda qalır?! Avropa Birliyi Azərbaycandan təbii qaz alırsa, münaqişənin həllində iştirak etməli, təbii qaz və neftin sahibi olan bu millətin təhlükəsiz yaşamasına yardımçı olmalıdır. İlk olaraq Minsk qrupu buraxılmalıdır, bizə ancaq ölüm gətirən, əl-ayağımızı bağlayan bu ağır buxovdan azad olmalıyıq. Münaqişənin həlli ATƏT-dən alınmalı, başqa bir beynəlxalq səmərəli mexanizm işlənib hazırlanmalıdır. Ancaq o fikrimdə qalıram ki, ən səmərəli mexanizm snayperlərimizin lüləsində, qırıcılarımızın qanadlarındadır. ATƏT-in 26 ildə edə bilmədiyini 26 günə ancaq onlar həll edə bilər".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2064   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021