"Gürcüstanda gürcü və azərbaycanlılar arasında ədavəti ruhanilər və ermənilər qızışdırır"-RƏY

"Gürcüstanda gürcü və azərbaycanlılar arasında ədavəti ruhanilər və ermənilər qızışdırır"-RƏYMarneuli və Hucabi yepiskopu Georgi Marneulidə quraşdırılmış Nərimanovun abidəsinin sökülməsini tələb edir və şəhər meri Z.Darğallını onun restavrasiyası ilə bağlı qərarını tənqid edib. Yepiskop Nərimanovu Maxaradze, Orconikidze kimi "satqınlar"la müqayisə edib. O qeyd edib ki, Nərimanov Gürcüstanın ərazi bütövlüyünün pozulmasında böyük rol oynayıb və hakimiyyətə abidənin sökülməsi üçün bir həftə vaxt verib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında ədavəti qızışdıran vətəndaşlara qarşı irqi ayrı-seçkilik faktı ilə bağlı təhqiqata başlayıb. DTX-nın bəyanatında bildirilir ki, həmin şəxslər guya gürcü əhalisinin ölkədə yaşayan etnik azlıqlara nisbətən imtiyazlara malik olması fikrindən çıxış edir, bu da milli zəmində münaqişənin yaranması risqini artırır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli son zamanlar Gürcüstanda daxili sabitliyin yolunda getmədiyi xəbərini təsdiqləyərək həmin hadisələrin təşkilatçıları içərisində ruhanilərin, radikal millətçilərin, hətta ermənilərin də əli olduğunu açıqlayıb:

"Gürcüstabda çox kədərli ola bləcək, eyni zamanda daxili sabitliyi poza biləcək hadisələr baş verir. Bu hadisələrin təhrikçiləri içərisində ruhanilər, radikal millətçilər, Rusiyanın əlaltısı olan 5-ci kalonun üzvləri və erməni barmağı də var. Bütün bunlar diqqəti strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Gürcüstan münasibətinin pozulmasına yönəldilib. Həmin insanlar çox yaxşı görürlər ki, cənubi Qafqazada həyata keçirilən böyük iqtisadi layihələr Azərbaycanın təşəbbüsü ilə baş verir. Azərbaycan bu layihələri geçəkləşdirərkən Gürcüstanı özünün partnyoru kimi seçir. Bu da Gürcüstanın büdcəsinə maddi rifah halına müsbət təsir edir".

Politoloq Qabil Hüseynli qeyd edib ki, belə bir şəraitdə bütün mənfi qüvvələr çox aşağı səviyəli iddialar səsləndirərək reallığa uyğun gələməyən və əslində Gürcüstanın onsuz da pozulmuş ərazi bütövlüyünü dağıtmağa yönəldilmiş addımlardır:

"Həmin adamlar başa düşmürlər ki, Gürcüstan multikultural durumu yüksək bir ölkədir. Həmçinin etnos və dinlərarası münasibətlərə ehtiyac duyur və xüsusi qayğının göstərilməsini tələb edir. Bu səbəbdən də radikal millətçilərin radikal ruhanilərlə birlikdə Azərbaycanlı şəxsiyyətin heykəlinin sökülməsi məsələsinin qaldırması sadəcə gülüş doğurur. Sanki Gürcüstan bütün problemlərini həll edib, ərazi bütövlüyünü təmin edib, Rusiyanın ölkədə törətdiyi nəticələri aradan qaldırıb, indi isə yerdə qalan məsələləri həll edir. Bu gün Gürcüstan Azərbaycanın ətəyindən dörd əlli yapışmalıdır, oradakı azərbycanlılara xüsusi hörmətlə yanaşmalıdır. Çünki Rusiya Gürcüstana hücum edəndə, Tbilisinin 30-40 kilometrliyində Gürcüstan dövlətçiliyi çökmək üzrə idi. Birinci kömək əli uzadan Azərbaycan oldu. Azərabaycan Gürcüstana uzun müddət qaz, elektrik enerjisi, ərzaq yardımı edib. Gürcüstanın eks-prezidenti olan və hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən Saakişvili dönə- dönə bildirib ki, əgər Azərbaycan olmasaydı, Gürcüstanın müstəqliiyini qoruyub saxlamaq mümkün olmayacaq".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1497   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel