"Azərbaycanda bankların bağlanmasının pandemiya ilə heç bir əlaqəsi yoxdur"-RƏY

"Azərbaycanda bankların bağlanmasının pandemiya ilə heç bir əlaqəsi yoxdur"-RƏYDünyanın bir çox ölkələrinin pandemiya nəticəsində üzləşdiyi maliyyə böhranı, bank sektorundakı problemləri ifşa etdi. Bir sıra ölkələrdə əsas oyunçuların maliyyə bazarlarından çıxması sistemli şəkildə böhrana səbəb olur. Azərbaycanda bu müşahidə olunmur.

Mərkəzi Bankın bəzi özəl bankların lisenziyasını ləğv etməsinin ölkənin maliyyə sektorunun ümumi vəziyyətinə demək olar ki, təsir etmədi.

Bunun səbəbləri? Azərbaycan banklarının əksəriyyətinin güclü və zəif tərəflərini nələrdir?

Mözu ilə bağlı iqtisadçı-ekspert Sonxeber.az-açıqlama verib. O, bildirib, ki, ümumdünya bank sektorunda müşahidə edilənlər Azərbaycanda yoxdur:

"Azərbaycanda son bir ayda 4 bank bağlanıb və bununla da ölkədə bankların sayı 30-dan 26-ya enib. Xatırladım ki, əvvəl Azərbaycanda 45 bank var idi. Azərbaycanda bankların bağlanmasının pandemiya ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Ötən ilin sonlarından Mərkəzi Bank bu kommersiya bankları ilə müzakirələr aparırdı. Yəni, bu, bankların artıq müflisləşməsi ötən ilin sonlarından bəlli idi. Sadəcə həmin kommersiya banklarına müəyyən danışıqlar, tövsiyələr verildi ki, bəlkə kapitalın yenidən bərpa edilməsi və fəaliyyəti yenidən mümkün olsun. Bu da mümkün olmadı və ona görə də həmin kommersiya banklar bağlandı".

İqtisadçı-ekspert Azərbaycan banklarının zəif və güclü tərəfini belə izah edib:

"Birincisi, Azərbaycan bankları beynəlxalq sistemə orqanik şəkildə qoşulmayıb. İkincisi, Azərbaycan banklarının nizamnamə kapitalı çox aşağıdır. Yəni, maliyələşmə aşağı səviyyədədir. Üçüncüsü, Azərbaycan kommersiya banklarının donor qıtlığı var. Bu gün mən hesab edirəm ki, hökumət öz ehtiyatları hesabına kommersiya banklarının donorona çevrilməlidir. Eyni zamanda Azərbaycan bankları xaricdən maliyə cəlb etməkdə çətinlik çəkir.

Çünki burada qanunvericiliklə ciddi məhdudiyyətlər var. Digər tərəfdən də hökumət özü bu banklara donorluq etmir. Ona görə də Azərbaycan banklarının ümidi yalnız depozitlərə qalır. Yəni, vətəndaşların qoyduğu əmanətlərə. Əmanətlərdən də istifadə edərək manevr etmək imkanları çox məhduddur. Ona görə də Azərbaycanda həm bank sektorunun xidmətlərinin, o cümlədən də kreditlərin baha olmasının əsas səbəblərindən biri də budur. Kommersiya bankları istəyər ki, daha ucuz kreditlər təklif etsin, geniş müştəri cəlb etsin və daha çox qazansın. Amma çox təəssüf ki, bu, maliyə qıtlığı səbəbindən baş tutmur".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 657   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart