"Bəzi insanlarımız virusa inanmır, guya "qlobal güclərin siyasi oyunu gedir" fikrinə inanırlar"- DEPUTAT

"Bəzi insanlarımız virusa inanmır, guya "qlobal güclərin siyasi oyunu gedir" fikrinə inanırlar"- DEPUTATAzərbaycanda insanların mühüm bir hissəsi, o cümlədən tibb işçilərinin də bir qismi koronavirusa inanmır. Bu barədə Milli Məclisin iclasında deputatlar da bildiriblər. Eyni zamanda deputat və tibb mütəxəssisi olan Əhliman Əmiraslanov deyib ki, koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır. Onun sözlərinə görə bu gün tibb işçiləri arasında da virusa inanmayanlar var.Ancaq bu tendensiya yalnız Azərbaycana xas deyil, məsələn sorğulara əsasən Rusiyada əhalinin 23 faizdən çoxu koronavirusun uydurma olduğunu, hər 3 nəfərdən biri isə bu xəstəliyin təhlükəli olmadığını düşünür. Dünyad aisə bu mövzuda onlaral, yüzlərlə iddia var və bu iddiaya inanan milyonlarla insan. İnsanlar nədən koronavirus xəstəliyinə inanmır? Artıq 6 aydan çoxdur ki, planetin bir nömrəli bəlasına çevrilən xəstəliyə inanmayan milyonlaral inan var. Bu şübhənin və laqeydliyin səbəbləri nələrdir? İnsanların şübhədə olması xəstəliyin yayılmasında, ona qarşı effektiv mübarizə aparılmasında hansı mənfi rola malikdir?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, təəssüf ki, aparılan bütün təbliğata və maarifləndirmə işllərinə baxmayaraq, bəzi insanlar məsələyə məsuliyyətsiz yanaşır və bir sıra hallarda yanlış təbliğat aparırlar: "Guya virus yoxdur, hansısa qlobal güclərin növbəti siyasi oyunlarından söhbət gedir. Heç şübhəsiz ki, bu da bəzi insanlarda arxayınlıq və rahatlıq yaradır. Nəticədə isə virus daha geniş yayılır, daha çox insan bu virusa yoluxur. Bu gün dünyada çox ciddi qlobal proseslər gedir. Bir sıra ölkələr bu sınaqdan üzüağ çıxa bilmədilər. İnsanlar küçədə qaldılar, xəstəxanalarda yer olmadı, zəruri tibbi ləvazimatlar tapılmadı. Azərbaycan isə vəziyyətdən tez çıxmaqla yanaşı, 13 ölkəyə dəstək oldu, yardım göstərdi. Sevindirici haldır ki, özünə qapanmadı, bir neçə videokonfrans formatında tədbirlər təşkil etdi. Hər zamankı kimi nümunəvi model nümayiş etdirdi, ölkə başçısının timsalında liderlik keyfiyyətlərini nümayiş etdirdi. Azərbaycan ilk gündən operativ və adekvat qərarlar qəbul etdi, qabaqlayıcı tədbirlər həyata keçirdi. İlk günlər insanlarımız virusla mübarizədə daha ehtiyatlı və diqqətli olmağa çalışdılar. Təəssüf ki, sonrakı dövrdə məhz bu yanlış fikirlər üzündən insanlarda sərbəstlik və rahatlıq müşahidə olunmağa başladı. Təəssüf ki, nəticədə virusa yoluxanların sayında ciddi artım baş verdi. Bu gün dünyada virusun ikinci və üçüncü dalğalarından söhbət gedir. Ona görə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün virusla ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox ciddi mübarizə aparılır, dövlət milli təhlükəsizliyimizi və vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün zəruri addımları atır. Vətəndaşlarımız çox diqqətli olmalı, özlərini qorumalıdırlar. Ona görə hər birimiz diqqətli olmalı yanlış təbliğata uymamalı və dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməliyik. Əks təqdirdə çox ciddi problemlərlə üzləşə bilərik. Əminik ki, ölkəmiz eləcə də, digər dövlətlərin üzərindən qara buludlar tezliklə çəkiləcək və insanlar yenidən normala həyata dönəcəklər. Bunun üçün hər birimiz çalışmalıyıq, özümüzü və yaxınlarımız qorumalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4104   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel