Elman Nəsirov: "Vahid Əhmədovun belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm"

Elman Nəsirov: "Vahid Əhmədovun belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm"Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

Məsələ ilə bağlı deputat Elman Nəsirov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Milli Məclisin deputatı, həmkarı Vahid Əhmədovun Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi fikirlər tamamilə əsassızdır:

"Xüsusilə də guya ki, Ermənistan Baş nazirinin qondarma rejimdə keçirilən qondarma seçkilərdən sonra Şuşa şəhərində andiçmə mərasimində iştirak etməsi, orada şənlənməsi kimi məsələlərdə Azərbaycan Müdafiə Nazirini ittiham etməsinin heç bir əsası yoxdur. Çünki Vahid Əhmədovun mövqeyindən belə çıxdı ki, Azərbaycanın Müdafiə Naziri vəziyyətlə bağlı Ali Baş Komandanı ya lazımı səviyyədə məlumatlandırmır, ya da ki, heç ümumiyyətlə məlumatlandırmır. Hesab edirəm ki, bu çox ciddi və əsassız ittihamdır. Bu gün Azərbaycanda ən fəal nazirlərdən biri də məhz Müdafiə Naziridir.

Deputat bildirib ki, o şəxsən Müdafiə Nazirliyinin xətti ilə bütün cəbhə bölgəsində, təmas xəttində olub:

Deputat qeyd edib ki, "Orada olan vəziyyət ilə tanışlıq, zabit, əsgər heyətinin xidməti vəziyyəti, onların ərzaqla təminatı, lazımi bütün şəraitin təmin olunduğunu öz gözlərimlə görmüşəm. Eyni zamanda əsgərlərimizin çox böyük döyüş ruhunda olduğuna şahidlik etmişəm. Hətta mənə belə epizodlar danışdılar ki, ölkənin Müdafiə Naziri əslində heç kimə xəbər etmədən istənilən hərbi hissəyə gələ bilər və hər an onun gəlişini gözləyirlər. Ona görə də hər zaman hərbi hissələr Müdafiə Nazirininn gözlənilməz gəlişinə hazır vəziyyətdədirlər. Ona görə də Azərbaycan Ordusunda çox ciddi nizam-intizam var. Onları mən kimdənsə eşitməmişəm, şəxsən öz gözlərimlə görmüşəm. Yəni, özüm şahidlik edirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, Vahid müəllimin söylədikləri obyektiv, reallığı əks etdirmir. Çünki Vahid müəllim kifayət qədər təcrübəli deputatdır və bu qədər təcrübəli deputatın niyə belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6301   Tarix: 01 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel