"Moskva Suriyadakı hərbi bazasını genişləndirməklə ilk növbədə ABŞ-a mesaj göndərir"-RƏY

"Moskva Suriyadakı hərbi bazasını genişləndirməklə ilk növbədə ABŞ-a mesaj göndərir"-RƏYRusiyanı bürüyən və bu ölkədə ciddi itkilər yaradan koronavirus epidemyasına baxmayaraq, Kreml təhlükəsizlik planlarını reallaşdırmaqdan vaz keçməyib. Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə Suriyada əlavə daşınmaz əmlak və dəniz sahilinin Rusiya hərbçilərinə verilməsi ilə bağlı Dəməşqlə danışıqlar aparmaq barədə göstəriş verib. Razılıq əldə olunarsa, Suriya ilə Rusiya silahlı qüvvələrinin aviasiya qrupunun yerləşdirilməsinə dair tərəflər müvafiq protokol imzalayacaqlar.

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Rusiyadan tam asılı olan Bəşər Əsəd Kremlə "yox" deməyəcək:
"Moskva Suriyadakı hərbi bazasını genişləndirməklə ilk növbədə ABŞ-a mesaj göndərir ki, Rusiya Suriya üzərindən Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək siyasətinə sadiqdir. Rusiya Suriyanı tərk etməyəcək və bu ölkədə Əsəd rejimi üzərindən maraqlarını müdafiə edəcək. Kreml Suriyada vahid hərbi baza yaradacaq. Vahid hərbi baza Tartusdakı və Latakiyadakı – Hmeymidəki bazaları ortaq idarə edəcək. Rusiya eyni sxemi Qırğızıstanda tətbiq edir. Rusiyanın Qırğızıstanda 4 hərbi bazası var. Onlar vahid idarəetmə bazasında birləşirlər.

2015-c ildə formalaşan Rusiyanın Aerokosmik Qüvvələri Xmeymi bazasında yerləşir və müxtəlif silahlı qüvvələrlə mübarizədə Dəməşqə dəstək verir. Suriya rus hərbçilərinin orada qeyri-müəyyən müddətə qalmasına icazə verib. Rusiya və Suriya 2017-ci ildə Tartusda hərbi logistika nöqtəsinin yerləşdirilməsi barədə saziş imzalayıblar. Bu müqavilə 49 ildir etibarlıdır. Rusiya 2019-cu ildə, həmçinin Tartus limanını 49 il müddətinə icarəyə götürüb. Rusiya bu limandan NATO-nun birləşmiş donanmasının fəaliyyətini nəzarətdə saxlamağı düşünür.

Kremlin Liviya planı iflasa uğramaq üzrədir, Moskvanın general Haftara verilən dəstəyinə baxmayaraq, o mərkəzi Tripoli hökumətinin ordusuyla döyüşlərdə ard-arda məğlubiyyətlərlə üzləşib. Kremldə anlayırlar ki, Liviya əldən getmək üzrədir. Ona görə də, Kreml Yaxın Şərqdə nəzarəti etdiyi tək ölkədə - Suriyada möhkəmlənməyə çalışır.

Rusiya Suriyada Türkiyə ilə əməkdaşlıq etsə və iki ölkə Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyət göstərsələr də, bir çox məsələdə rəqib olaraq qalırlar. Türkiyənin Bəşər Əsədə müxalif olan silahlı qruplara verdiyi dəstək əvəlkitək Kremli narahat edir. Kremldə hesab edirlər ki, Türkiyənin Liviyadakı uğuru Suriyadakı silahlı qrupların bir hissəsindən Liviyadakı döyüşlərdə istifadə etməsiylə bağlıdır. Ancaq Kreml buna qarşı açıq etiraz edə bilməz. Çünki, Rusiyanın özü də Liviyaya qeyri-rəsmi şəkildə muzdlu "Vaqner" qrupunu yerləşdirmişdi. Kreml bunu etiraf etməsə də, uğursuz döyüşlərdən sonra "Vaqner" qrupunun döyüşçlərini Rusiyanın hərbi təyyarələri vasitəsilə evakuasiya etmişdilər. İntentetdə buna dair kifayət qədər görüntü var. Rusiya ilə Türkiyə arasında azalmayan sualların nəticəsidir ki, Türkiyə Rusiyadan qaz idxalını xeyli azaldıb. Türkiyənin Azərbaycandan aldığı qazın miqdarı Rusiyadan aldığı qazın miqdarını üstələyir.

Kreml Bəşər Əsədi dəstəkləməyə davam edəcək. Doğrudur, ara-sıra belə xəbərlər də yayılır ki, guya Kreml Bəşər Əsəddən narazıdır, onun başqasıyla əvəz etmək barədə düşünür. Əslində bu xəbərlər Moskvanın Əsədə mesajıdır ki, o Rusiyanın istəyi əleyhinə addım atsa, Kreml onu bir başqasıyla dəyişə bilər. Kreml eyni siyasəti Ermənistanın baş naziri Nikol Paşinyana qarşı də həyata keçirir. Rusiyanın mediasında ara-sıra Paşinyanı tənqid edən yazılar yayınlanır. Moskvanın Paşinyana mesajını bu şəkildə oxumaq lazımdır: "Rusiyanın maraqlarını nəzərə almasan və ya Amerika ilə çox yaxınlaşmaq istəsən, Səni bir başqasıyla əvəz etmək gücündəyik".
Kreml yaxın dörd ildə Suriyanın Tartus limanını modernləşdirmək üçün 500 milyon dollar ayırmağı planlaşdırır. Rusiya Müdafiə Nazirliyi köhnə limanı yenidən quracaq. Rusiyanın Suriya ilə bağlı başqa planı da var. Rusiya Suriyanın bir sıra bölgələri üzərindən "Aralıq dənizi - Fars körfəzi" nəqliyyat dəhlizi yaratmaq üçün Suriya və İraq arasında yeni bir dəmir yolu çəkməyi planlaşdırır.

Maraqlıdır ki, Kremldə Suriya ilə bağlı müxtəlif planlar reallaşdırılarkən, Rusiya cəmiyyətini Suriyada baş verənlərə az maraqlandırır. Rusiya vətəndaşlarının Suriyadakı proseslərə marağı xeyli azalıb. Məsələn, aparılan sorğular göstərir ki, Rusiyanın Suriyada hərbi əməliyyatının başa çatmasını dəstəkləyənlərin sayı 2017-ci ildəki 49 faizlə müqayisədə 55 faiz artıb. Başqa sözlə Suriyadakı müharibə Rusiyada populyarlığını itirir. Suriyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçisi statusyla daxil olmasına gəldikdə isə, Rusiyadan əlavə bu qərarırın lehinə təşkilatın digər üzvü Qazaxıstan dəstəkləməlidir. Astana Rusiya ilə yanaşı Türkiyə ilə də strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ankara Qazaxıstanın Suriyanın KTMT-yə daxil olması məsələsində Bəşər Əsədə dəstəyindən aşkar narazı qalacaq. Ona görə də Astana Moskvanın Bəşərə Əsədə dəstək siyasətinə ehtiyatla yanaşmaq məcburiyyətindədir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1358   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel