Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ

Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİBakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 3361   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb.. . Oxu.Az xəbər verir ki, ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. . . Qeyd edək ki, Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətl

2 iyun

Bakıda mühafizəçinin dəhşətli qətlinin TƏFƏRRÜATI

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.. . Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.. . Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bunda

2 iyun

Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.. . "Report"un xəbərinə görə, hadisə iyunun 1-i saat 22:30 paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 1 ünvanında yerləşən "İradə" kafesində qeydə alınıb.. . Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patru

2 iyun

Çətənə bitkiləri yetişdirən şəxs saxlanıldı - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.. . Sonxeber.az xəbər verir ki, DİN-i

2 iyun

Bakıda keçmiş məhkum küçədə qadına hücum etdi

Bakıda qadına hücum edilib.. . Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində baş verib.. . Bakı şəhər sakini Dilarə Babayeva küçədə naməlum şəxsin hücumuna məruz qalıb.. . Həmin şəxs qadını yumruqla vuraraq, içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlə

2 iyun

Bakıda karantini pozan kafe sahibi həbs edildi

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.. . "Report"un xəbərinə görə, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən "Təklə məkan" kafesində qeydə alınıb.. . Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiy

1 iyun

İsmayıllıda narkotik plantasiyası salan iki qonşu ələ keçdi - FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.. . Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiklər

1 iyun

Bakıda bərbərxanaya basqın edildi

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Hövsan qəsəbəsində fəaliyyət göstərən bərbərxanaya daxil olan naməlum şəxs əlindəki dəmir parçası ilə orada bərbər işləyən Orxan Kazımova hücum edib, onun 120 manatını alıb.. . Suraxan

1 iyun

Azərbaycanda bacısı ilə anasını güllələyən şəxs evdən qaçdı- RƏSMİ AÇIQLAMA

Bərdə Rayon Prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb.. . . "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məluma

1 iyun