Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA

Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMASon dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır. Bir çoxları toyların gələn həftə və yaxud da oktyabr və dekabr ayına kimi təxirə salındığını iddia edir. Gələn həftə toy, yas və digər kütləvi yığınacaqlara icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə indidən dəqiq fikir bildirmək mümkün deyil: "Bu daha çox vətəndaşlarımızın məsuliyyətindən və virusa yanaşmalarından asılı olacaq. Bildiyiniz kimi, son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunmaqdadır. Təəssüfki, hələ də bəzi vətəndaşlarımız məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar. Hər birimiz ölkəmizin milli təhlükəsizliyinin qorunması naminə daha diqqətli və məsuliyyətli olmalıyıq. Əgər ciddi azalma müşahidə olunarsa bu məsələ nəzərdən keçirilə bilər. Əks halda bu mərasimlərin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər. Fürsətdən istifadə edərək üzümü vətəndaşlarımız tutaraq onları qaydalara əməl etməyə çağırıram. Əks halda xəstəlik ölkəmizdə daha sürətlə yayılacaq, daha çox vətəndaşımız bu virusa tutulacaq. Başqa bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, karantin dövründə yas və toy mərasimləri keçirilmədi və uzun müddətdir yas və toy mərasimlərində baş verən israfçılığa bir az ara verildi. Hesab edirəm ki, karantin dövrü həm də bu mərasimlərin keçirilmə formasına yenidən baxmaq üçün yaxşı bir fürsət oldu. Karantin bitməmiş biz bu məsələlərə baxmalı, toy və yas mərasimlərinin israfçılıqdan uzaq keçirilməsi və yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul etməliyik. İnsanlarımın mərasimlərin bu formada keçirilməsindən çoxu narazıdır. Milli Məclisdə mən bu məsələni qaldırmışdım. İnanıram ki, vətəndaşlarımız karantin bitdikdən sonra da yas və toy mərasimlərinin yüngül keçirilməsi barədə qənaətə gələcək və gündəlik həyatlarında bunu tətbiq edəcəklər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8181   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel