"Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndiriblər"-RƏY

"Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndiriblər"-RƏYKoronavirus pandemiyası əvvəllər biznes strukturları arasında bağlanmış müqavilələrdə bir çox çatışmazlıqları üzə çıxarıb. Xüsusilə, fors-major vəziyyətlər halında.
"Koronavirus"un fors-majorlarının səbəb olduğu məhkəmə prosesləri ilə bağlı vəkillərə bu cür müraciətlər çox olurmu? Məhkəmələrdə tərəflərdən birinin öhdəliyinin koronavirusun yaratdığı səbəblərə görə yerinə yetirilmədiyini necə sübut etmək olur?

Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı Sonxeber.az-a açıqlama verib.
"Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndiriblər"-RƏYO, bildirib ki, məsələ aprel ayında Peterburq Beynəlxalq Hüquq Forumunda geniş müzakirə edilib. Həmin forum 3 gün davam edib və Azərbaycandan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri cənab Anar Bağırov başda olmaqla bir neçə vəkil iştirak edib:

"Panel iclaslarından birinə sədrliyi Azərbaycan vəkillərini təmsil edən kollegiyanın sədri Anar Bağırov edib. Mövzu isə qeyd etdiyiniz kimi pandemiya dövründə fors-major vəziyyət və vəkillərin buna hazır olması olub. Həmin forumun əsas xətti demək olar ki, öhdəliklərdən irəli gələn məsələlərin elektron qaydada tənzimlənməsi olub. Yekdil fikir ondan ibarət olub ki, hansı qurumlar işlərini elektron daşıyıcılar üzərindən aparıblarsa həmin sahə daha az ziyanla çıxacaq.

Hazırda karantin rejimi tam olaraq aradan götürülməyib. Bu səbəbdən də hesab edirəm ki, müqavilə şərtlərindən irəli gələn öhdəliklərin icrasının ləngiməsi, dəymiş ziyanla bağlı məhkəməyə müraciət edilməsi hələlik gündəmdə deyil və bu sahədə müraciətlər demək olar ki, yoxdur. Hesab edirəm ki, sentyabrdan sonra bu məsələ aktuallaşacaq.
Həm də nəzərinizə çatdırmaq istəyirəm ki, kommersiya mübahisələrində məsələ məhkəməyə müraciət etməklə bitmir. Məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı tərəf mütləq qaydada konkret olaraq müqavilə şərtlərindən irəli gələn məsələ ilə bağlı müəssisənin auditini keçirməlidir və auditorun rəyindən sonra məsələni məhkəmə qaydasında mübahisələndirməlidirlər.

Pandemiyadan əvvəl işlərin elektron daşıyıcılar üzərindən görülməsi Vəkillər Kollegiyası rəhbərliyinin iradəsi idi və nə qədər doğru qərar olmasını zaman göstərib. Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndirblər və Azərbaycan vəkillərinin öncəgörmə qabiliyyətinin olmasını bildiriblər".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1242   Tarix: 03 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021