"COVİD-19 -a yoluxmuş insanların şəxsiyyət vəsiqələrinə möhür vurula bilər"- Azərbaycanın Baş infeksionistindən AÇIQLAMA
"COVİD- 19 -a yoluxmuş insanlara arayışlar verilə bilər, yaxud da şəxsiyyət vəsiqələrinə möhür vurula bilər".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib:
"Belə bir fikir var və bu yəqin ki, yaxın zamanda həyata keçiriləcək. İnsanlara onlarda COVİD-19 olmaması ilə bağlı arayış veriləcək. Həmin arayışda bu barədə məlumatlar öz əksini tapacaq. Ola bilər ki, şəxsiyyət vəsiqəsinə COVİD 19-a görə müayinə ilə bağlı möhür vurulsun. Məsələn, vətandaşlar istirahət yerlərinə gedəndə bir də onları karantinə almasınlar deyə bu baxımdan həmin üsul yaxşıdır. Əgər həmin vətəndaşlarda koronavirusun olması ilə bağlı hansısa məqam arayış və ya şəxsiyyət vəsiqələrində aşkarlanarsa, həmin vərəndaşın məkana girişi qadağan ediləcək".
Baş infeksionist Cəlal İsayev həmçinin ölkədəki son epidemioloji duruma da aydınlıq gətirib:
"İnsanlar maskadan istifadə etməsələr, tövsiyyələrdən yararlanmasalar, yoluxma sayı hara qədər desəniz arta bilər. Xəstliyin artması cəmiyyətdə olan müvafiq reaksiyasılardan asılıdır. Bu gündən artıq maska taxmayan şəxslərin cərimə olunması tətbiq olunub. Çox güman ki, bu qərar təsirli olacaq və insanlar maskadan istifadə edəcəklər. İnsanlar başa düşməlidir ki, xəstələnmə hadisələrinin sayı arta və xəstəxanalarda hətta yer ola bilməz. Xəstəliyin pik həddini proqnozlaşdırmaq mümkün deyil. COVİD-19- la bağlı ölkədə tətbiq olunan qərarlarımız öz nəticəsini göstərsə, xəstələnmə hadisələrinin sayı azalacaq. Nəticə sabah və ya biri günə deyil, hardasa 10 gündən sonra özünün göstərəcək".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6841 Tarix: 03 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO
Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib
19 aprelKirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA
Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib
19 aprelƏməkdar məşqçi vəfat etdi
Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd
19 aprelBakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?
Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə
19 aprelBakıda yarım milyona Quran satılır? - FOTO
Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər
19 aprelSabah 30 dərəcə isti olacaq
Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü
19 aprel