Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxduSumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub.

Xeberler.com-un məlumatına görə, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, "Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb:

"Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub".

G.Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiya olunublar:

"Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir".

Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3204   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel