Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq?- AÇIQLAMA

Təhsil müəssisələri dekabrın sonuna kimi bağlı qalacaq?- AÇIQLAMAXəbər verdiyimiz kimi Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, təhsil müəssisələrin açılması ilin sonuna kimi təxirə salına bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, bu barədə danışmaq hələlik tezdir: "Karantin rejimi ilə bağlı qərarların verilməsi dövlətin və Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Təəssüf ki, yumşalmadan sonra hesab olundu ki, insanlar bu məsələdə məsuliyyətlərini anlayıb, yaradılan şəraitdən sui-istifadə etməyəcəklər. Təəssüf ki, hər şey gözlənilən kimi olmadı. İnsanlar sosial məsafəni gözləmədən, qoruyucu tibbi maskalardan istifadə etmədən və sanki koronavirus xəstəliyi yoxmuş kimi davrandılar. Elə bildilər ki, birdən-birə əvvəlki həyatımıza qayıda bilərik. Yumşalmadan sonra təəssüf ki, xəstəliyin yayılma dinamikası və ölənlərin sayı artdı, sağlama dinamikası isə azaldı. Buna görə də şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulması təklif edildi. Bu təcrübə qardaş Türkiyədə də tədbiq olunur. Ancaq biz deyə bilmərik ki, bu sentyabr və oktyabr ayında da belə olacaq. Qərarlar mövcud vəziyyətə uyğun veriləcək. Son həftələrin dinamikası ürəkaçan deyil. Dünən hətta 325 yeni yoluxma oldu. Əgər gündə 250 yoluxma olsa, ayda 7000-dən çox yoluxma deməkdir. Təbii ki, inanıram ki, insanlarımız məsuliyyətlərini anlayıb, imkan verməz ki, karantin rejimi sərtləşdirilsin. Ancaq bu həqiqətdir ki, bu virus bizimlə bir müddət yaşayacaq. Qaldı ki, təhsil müəssisələrin dekabr ayına kimi bağlanması məsələsinə, bu barədə danışmaq hələ tezdir. Çünki 2 ay sonra nə olacağı ilə bağlı biz düzgün fikir səsləndirə bilmərik. Çünki bu virusun özünü necə aparacağı, yayılma forması bilinmir. Ona görə də bu barədə hər hansı fikir səsləndirməyə tələsməyək. Bu gün biz sosial məsuliyyətimizi anlayaq, Operativ Qərargahın tövsiyyələrə əməl edək. Yalnız bu yolla biz koronavirusun ölkəmizdə daha geniş yayılmasının qarşısını almış olarıq. Biz ikinci dalğanın pik həddini yaşamaq həddinə gəlib çatırıq. İnsanlarımız anlamalıdır ki, biz çox ciddi təhlükə ilə üzbəüzük".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 15990   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel