Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdiCənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu "BP Exploration (Shah Deniz) Limited" şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-yə keçib.

"Report" xəbər verir ki, bu barədə "BP Azerbaijan" və SOCAR-ın birgə məlumatında bildirilib.

Məlumata görə, bu, martın 20-də baş tutub.

Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.

Texniki operatorluğun SOCAR-a keçməsi, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış "Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə" uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulmuşdu.

Bildirilib ki, texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə BP şirkəti ümumi operator qismində davam etdirəcək: "Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu BP şirkəti icra etməkdə davam edəcək.

Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və BP 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər".

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2015-ci ildən bəri şirkət Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatorudur və kəmərin bütün kommersiya əməliyyatları yüksək səviyyədə həyata keçirilib: "İndi isə SOCAR boru xətti sahiblərinin müqaviləsində nəzərdə tutulduğu kimi kəmərin texniki operatorluğunu da öz üzərinə götürür.

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin səhmdarı kimi biz kəmərin texniki təhlükəsizlik göstəricilərindən daim məmnun olmuşuq, bu göstəricilər bizim sənayemizdə ən yüksəklər sırasındadır. bp şirkətinə çox yaxşı tərəfdaşlığına və operatorluğuna görə təşəkkür edirik. Kəmərin yeni texniki operatoru kimi biz boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcəyik"

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz SOCAR-ın CQBK-nin yeni texniki operatoru olmasını məmnuniyyətlə qarşıladıqlarını bildirib. "Şahdənizin və CQBK-nin ən iri payçısı kimi biz boru kəmərinin təhlükəsiz və etibarlı istismarının davamlı olmasını təmin etmək üçün SOCAR-la birgə işləməkdə davam edəcəyik.

Düşünürük ki, layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi var. SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib. Bundan əlavə, SOCAR artıq beş ildir ki, çox səmərəli şəkildə CQBK-nin kommersiya operatoru qismində çıxış edir. Biz keçid mərhələsinin təhlükəsiz qaydada və ümumilikdə qazın nəqli əməliyyatlarına heç bir təsir yaratmadan tamamlanmasını təmin etmək üçün planlaşdırılmış dəyişikliklərin idarə olunması prosesində SOCAR-a dəstək olacağıq.

Bütün ixrac sisteminin mükəmməl təhlükəsizlik göstəricilərinə nail olmasında əməkdaşlarımızın və işçi qüvvəmizin əzmkarlığı və fədakarlığı mühüm rol oynayıb, biz onlarla qürur duyuruq. Əminik ki, operatorluğun ötürülməsi ilə əməliyyatların təhlükəsizliyinə eyni dərəcədə yüksək diqqət və əməkdaşların iş icrasının eyni dərəcədə yüksək keyfiyyəti davam edəcək".

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları bunlardır: BP (28,8%), TPAO (19%), SOCAR (10%), Cənub Qaz Dəhlizi (6.7%), "Petronas"(15,5%), "LukOil" (10%), "Nico" (10%).

CQBK dünya səviyyəli boru kəməri sistemidir və 2006-cı ildən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir. CQBK sistemi Türkiyəyə (ildə 6 mlrd. kubmetr) və Avropaya (ildə 10 mlrd. kubmetr) "Şahdəniz-2" həcmlərinin ixrac edilməsi üçün genişləndirilib.

Boru kəmərinin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlayıb.

2020-ci ildən başlayaraq bu kəmər, ilk dəfə olaraq "Şahdəniz" qazının Avropaya ixrac edilməsinə imkan yaradacaq

2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr qaz təşkil edirdi.

CQBK ixrac sistemi Azərbaycanda 443 km boru kəmərindən və Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Səngəçal terminalında iki kompressor, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1199   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021