Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ

Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ"Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq".

Sonxeber.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan "ATV Qərargah" verilişində çıxışı zamanı deyib.

O bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər:

"İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək. Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək. Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq. Bu əvvəlki qaydada SMS vasitəsi və ya "icazegov.az" portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.

Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq. İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək. Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.

Karantin rejiminə əməl etməyən şəxslər barəsində iyunun 2-dən qəbul edilən qərara əsasən, qoruyucu vasitələrdən istifadə etməyən sərnişin və sürücülər qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar. Müvafiq olaraq, qoruyucu vasitələrdən istifadə etməməklə qayda pozuntusuna ilk dəfə yol verən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə olunacaqlar. Eyni xətanın il ərzində təkrar olunması müşahidə olunarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar. Bu cərimələrlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndində karantin qaydalarının pozulmasına görə, 1 aya qədər inzibati həbs cəzası da var. Bu günə qədər 50-yə yaxın şəxs bir aya qədər inzibati həbs cəzası alıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1782   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart