Sahibə Qafarova koronavirusla bağlı xalqa MÜRACİƏT ETDİ

Sahibə Qafarova koronavirusla bağlı xalqa MÜRACİƏT ETDİMilli Məclisin Sədri Sahibə Qafarova həftə sonu sərt karantin rejiminin tətbiq olunması ilə bağlı vətəndaşlara müraciət edib.

Sonxeber.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz və hörmətli həmvətənlərim!

Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər vermişdir.

Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1266   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel