"Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi" - RƏY

"Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi" - RƏYQısa müddət ərzində müxtəlif ölkələrə yayılaraq dünya üçün ciddi problemə çevrilən koronavirus pandemiyasına qarşı Azərbaycanda ilk günlərdən operativ və effektiv qərarlar qəbul edildi. Bu qərarlara əsasən tətbiq edilən xüsusi karantin rejimi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu və Azərbaycanda virusun yayılma arealı digər əksər ölkələrlə müqayisədə daha aşağı oldu.

Bu müsbət tendensiyadan sonra hökumət karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsi ilə bağlı qərarlar qəbul etdi və vətəndaşları qüvvədə olan qadağalara əməl etməyə çağırdı.

Təəssüf ki, müsbət yöndə dəyişən vəziyyətdə vətəndaşların qoyulan qaydalara və qadağalara əməl etməməsi səbəbilə virusa yoluxanların sayında artım müşahidə olundu.

Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yenidən karantin rejiminin sərtləşdirilməsi, həftəsonları evdən çıxış qadağasının tətbiqi ilə bağlı qərar qəbul edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə "Report"a açıqlamasında bildirib ki, bu qərar məhz əhalinin sağlamlığı nəzərə alınaraq verildiyi üçün hamı tərəfindən anlayışla qarşılanmalıdır:

"Hələ pandemiyanın ilk günlərindən Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq olunması və bununla bağlı bir çox qadağalar müəyyən etdi. AMİP olaraq həmin tədbirləri birmənalı olaraq bəyan etdik və eyni zamanda mətbuat vasitəsilə hökumətə bir sıra təkliflərimizi də verdik. 10 bənddən ibarət olan bu təkliflərin əksəriyyəti bu və ya digər formada öz həllini tapdı. Düzdür, icrası ilə bağlı müəyyən iradlarımız var, amma konkret olaraq görülən tədbirlərlə bağlı razılığımızı ifadə etmişik.
"Prezident qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi" - RƏYMərhələli olaraq karantin rejimindən çıxma rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını da dəstəklədiyimiz bildirmişik. Amma, təəssüflər olsun ki, mayın 18-də bir çox yumşalmalar tətbiq olunandan və SMS icazə sistemi ləğv ediləndən sonra yoluxma sayında artım dinamikası oldu və bu, hamını narahat edir. Xüsusilə son günlər yoluxma sayında ciddi artım var.

Təəssüfləndirici hal odur ki, vətəndaşlarımızın bir çoxunun qoyulan qaydalara əməl etməməsi müşahidə olunur. İstər sosial məsafənin qorunmasına, istərsə də qoruyucu maskalardan istifadə qaydalarına biganə yanaşılır. Hətta insanların qaydalara əməl etmədən kütləvi şəkildə toplaşdıqlarının da şahidi oluruq. Bu isə yoluxma sayının artmasına və öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaların sərtləşdirilməsi ilə bağlı mövqe sərgiləməsinə səbəb oldu".

A.Əlizadə bildirib ki, partiya olaraq bununla bağlı qəbul ediləcək qərarı birmənalı olaraq dəstəkləyirlər:

"Çünki ilk növbədə insanların sağlamlığının qorunması həm dövlətin, həm də hər birimizin vəzifəsidir. Ona görə də bütün lazımi tədbirlər həyata keçirilməli və tövsiyələrə əməl edilməlidir. Dünən regiona səfəri zamanı dövlət başçısı qoruyucu maskadan istifadə etməklə nümunə göstərdi. Bu da vətəndaşlara mesaj olmalıdır".

Partiya sədri hamını tətbiq edilən qaydalara anlayışla yanaşmağa və əməl etməyə çağırdığını deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2528   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer

17 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Rövşən Cəfərovun qızı vəfat etdi - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzu

18 aprel