"Azəriqaz" abonentlərə müraciət edib
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiq olunacağı iki gün ərzində "Azəriqaz" İstehsalat Birliyinin qəza xidməti ilə məşğul olan əməkdaşları abonentlərə xidmət göstərəcək, müraciətlər cavablandırılacaq.
Bu barədə "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"a bildirib.
"Nazirlər Kabinetinin qərarına uyğun olaraq, "Azəriqaz" İstehsalat Birliyi digər kommunal xidmətlər göstərən qurumlar kimi xidmət göstərməkdə davam edəcək. Amma olduqca məhdud sayda işçilərlə işləyəcəyik. Qərarda və ondan irəli gələrək göndərilən rəsmi məktublarda da qeyd olunur ki, abonentlərin qazla təminatı üçün zəruri tədbirlər icra olunacaq. Bunun üçün qəza xidmətində çalışan əməkdaşlarımız xidmət başında olacaqlar", - o deyib.
Qurumun sözçüsü abonentlərin 104 və 185 saylı Çağrı Mərkəzinə, həmçinin 077 310 41 04 saylı daim aktiv rejimdə olan "WhatsApp" nömrəsinə müraciət edə biləcəklərini qeyd edib.
O, əvvəlcədən ödənişli Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərə də müraciət edərək iki gün ərzindəki limitlərini indidən hesablamağa çağırıb.
"Smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizə müraciət edərək bildirirəm ki, sayğaclarına indidən baxsınlar, sayğacdakı məbləğ iki gün üçün kifayət etməyəcəksə, bu gün ödəniş terminalları vasitəsilə kartlarına vəsait daxil etsinlər. Abonentlərimizdən bizim çox məhdud sayda çalışdığımızı, hər kəsə yardım etməkdə çətinlik çəkə biləcəyimizi nəzərə almalarını xahiş edirik. İki gün ərzində kartlarındakı məbləğin bitəcəyini ehtimal edən abonentlər bu gün məbləği artırsınlar", - "Azəriqaz" rəsmisi qeyd edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2103 Tarix: 05 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNaxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TNS saytı məlumat yayıb. Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır. Qey
17 aprelAytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsayl
17 aprel"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer
17 aprelSabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ - YENİLƏNİB
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bunu -a açıqlamasında mərhum deputat Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib. O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq. 08:58. "Sabi
17 aprel"Puzzle Group"la keçmiş psixopedaqoqu arasında nə baş verib? (TƏFƏRRÜAT)
Beynəlxalq Aykido Federasiyasının İDDO proqramının Azərbaycan bölməsinin direktoru Fatimə Novruzova "Puzzle Group" Rsixo-Sosial Reabilitasiya Mərkəzinin rəhbərini məhkəməyə verib. Qaynarinfo-nun məlumatına görə, Fatimə Novruzova məhkəmədə iddia edib ki, 4 sentyabr 2022-ci il tarixdən Bakı şəhəri
17 aprelAnar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO
"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı
17 aprelHadi Rəcəbli dəfn olundu
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosia
17 aprel