"İki günlük izolyasiya tədbiri qaneedici nəticə verməyəcək" Azərbaycanlı Professordan AÇIQLAMA

"İki günlük izolyasiya tədbiri qaneedici nəticə verməyəcək" Azərbaycanlı Professordan AÇIQLAMAXəbər verdiyimiz kimi sabahdan ölkədə COVID-19 virusunun yayılma sürətinin azaldılması məqsədilə, yəni 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Sabahdan Azərbaycanda tətbiq edilən iki günlük rejim hansı nəticələri göstərəcək?

Bununla bağlı Sonxeber.az-a tibb eksperti Adil Qeybulla danışıb:

"Təcrübələr göstərir ki, iki günlük qadağalar heç nəyə gətirib çıxarmır. İnsanları isti vaxtda evdə oturtmaq elə də asan deyil. Onlar ən azı həyətlərinə çıxacaqlar, bu özü təmas deməkdir. Ona görə də sərtləşdirmədən öncə karantin qaydalarına diqqət etmək lazımdır. Bu qadağalar həftə sonuna, yəni istirahət günlərinə aiddir. Birinci gün insanalar yenə işə gedəcək və həmin nəqliyyatdan istifadə edəcəklər, nəticədə həmin mənzərə baş verəcək. Vətəndaşların bircə dəfə kontaktları yetərlidir ki, kifayət qədər yoluxma olsun. İki günlük izolyasiya tədbiri qaneedici nəticə verməyəcək. Çünki insanlar yenə də təmasda olacaq, yollar açılsa rayonlara gediş- gəliş edəcəklər. Virus rayonlara daşına bilər. Bununla epidemioloji coğrafiyanın genişləndirilməsi proqnozlaşdırılır. Əgər belə davam etsə, xəstəlikdə artım olacaq, bu da xeyli ölüm halları və həmin insanların xəstəxanada müalicə almaması deməkdir. Təsəvvür edin ki, insanın əzizi küçədə yıxılıb ölür, qorxudan heç kim ona yaxın getmir. Belə dəhşətli hal ola bilər".

Professor Adil Qeybulla həmçinin karantin qaydaları üçün tövsiyyə etdiyi modelin adını açıqlayıb, ölkəmizdə həmin qaydaların tətbiq edilməsinin arzuolunan olduğunu bildirib. O, televiziyalarda reklam və verilişilərin maarifləndirmə səviyyəsinin də aşağı olunmasını deyərək koronavirusla bağlı daha ciddi təbliğata ehtiyac olduğunu deyib:

"Artıq ailələr xəstədir. Bizə məlum olan həkim ailəsi var ki, hər ailə üzvünü bir xəstəxanada yerləşdiriblər. Vəziyyət getdikcə dramatikləşə və yoluxma əmsalı arta bilər. Küçədə insanların yıxılıb ölməsinə qədər görə bilərik. Niyə vəziyyət elə yerə çatmalıdır ki? Ona görə də karantin tədbirləri yarı sərt-yarı yumşaq ola bilməz. Karantindirsə, sərt olmalıdır. Əgər yumşaldırıqsa onda karantin davranışlarını sərtləşdirməliyik.
Yaponiya modeli daha uyğundur. Orada heç bir sərt tədbir görülmədi, amma insanların mədəniyyəti və qabiliyyəti, sosial izolyasiyada hər bir qaydanı gözləməyi, xüsusən də əlləri dezinfeksiya etmələri və maska taxmaları sadə gigiyena qaydaları ilə də koronaavirusa qalib gəlməyi mümkün etdi. Televiziyalarda mənasız həkim reklamlarından, insanları bezdirən şou verilişlərindənsə, dövlət təbliğat aparmalıdır. Dövlət makinası buna səfərbər olmalıdır. İqtisadiyyatı tamam dondurmaq olmaz. Azərbaycanın iqtisadiyyatı bilirik ki neftdən asılıdır. İndiki vaxtda biz insanları nə qədər evdə oturmağa məcbur edə bilərik? Real görünmür. Pik həddin yaxınlaşması bizim davranışlarımızdan asılıdır. Ola bilər ki,bu proses iyulda və digər aylarda olsun. Artıb-azalma vətəndaşların davranışlarına bağlıdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7546   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart