"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı

"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı"Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyi ucqar dağ kəndlərində kommunal problemlərin həlli ilə bağlı birgə layihələrin reallaşdırılmasına start verib.

Bu barədə "Report"a "Azəriqaz" İB-dən bildirilib.

"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Gərgər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidənqurulmasına başlanılıb.

Bildirilib ki, Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektik şəbəkələrinin yenidənqurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1 020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Xatırladaq ki, "Yeni kəndlər" layihəsi çərçivəsində "Azərişıq" ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

"Azəriqaz" İstehsalat Birliyi 2020-ci il ərzində dövlət proqramı əsasında Gədəbəy rayonunun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474 və Əyrivəng kəndində 68 fərdi yaşayış evinin qazlaşdırılması işlərinə başlayıb. Tədbirlər planına uyğun olaraq bu ucqar kəndlərin bəzilərində planlaşdırılan işlərin 50%-i icra olunub. Gədəbəy rayonunun Qasımlı, Gərgər, Arıqıran və Əyrivəng kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 92 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihə üzrə 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.

Qeyd edək ki, 2019-cu ilin sonuna ölkədə qazlaşma səviyyəsi 96%-ə çatıb. Bu ilin dövlət proqramı ilə 51 şəhər və rayonda yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur. Artıq bu işlərin başlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrı-ayrı bölgələri əhatə edən 4 sərəncam imzalanıb. O cümlədən Gədəbəy rayonu da daxil olmaqla Ağstafa, Şəmkir və Tovuz rayonlarındakı ərazi vahidləri, yaşayış massivlərinin qazlaşdırılması üçün dövlət büdcəsindən dövlət neft şirkətinə 8,19 milyon manat vəsait ayrılıb.

"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı"Azərişıq" və "Azəriqaz" ucqar kəndlərdə birgə layihələrə başladı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3746   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart