Maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır- ÜST rəsmisi
Pandemiyanı geridə qoyacağıq. Əsas məsələ odur ki, bunu az itki ilə, az xəstə sayı ilə geridə qoyaq.
Bu sözləri Azərbaycan Televiziyasına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, əvvəllər də tarixdə böyük pandemiyalar olub: "Həmin pandemiyalar kimi, koronavirus pandemiyası da geridə qalacaq. Sadəcə, əsas məsələ insanların qəbul olunan qaydalara ciddi əməl etməsidir, öz sağlamlıqlarını qorumasıdır. Sosial məsafəni saxlamaq, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyenaya əməl etmək lazımdır. Koronavirus elə bir xəstəlikdir ki, sürətlə yayılır. Çox insanın yoluxmaması üçün dövlətin qəbul etdiyi önləyici tədbirlərə uyğun davranmaq lazımdır".
"Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir" – deyən H.Harmancı qeyd edib ki, maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir. ÜST rəsmisi tibbi maskaların taxılma, çıxarılma qaydalarını da izah edib. Xüsusi karantin rejiminin vacibliyinə toxunan H.Harmancı, insanların bir yerə toplaşmaması üçün bütün dünya ölkələrinin karantindən, sosial məsafə tədbirlərindən istifadə etdiyini, bunun effekt verdiyini də deyib.
Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu qeyd edən H.Harmancı vurğulayıb ki, Azərbaycan pandemiyanın ilk başlanğıcında vətəndaşın sağlamlığının nə qədər önəmli olduğunu atdığı addımlarla ortaya qoydu: "Bu gün koronavirusa görə 10 modul tipli xəstəxana qurulur, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlər görülür. Görülən tədbirlər yetərli oldu ki, yoluxma sayı 20 nəfərə qədər azalmışdı. Sadəcə, yumşalmaya əhali düzgün yanaşmadı. Ölkə üçün iqtisadiyyat da önəmlidir, yumşalma vacibdir. Amma bundan vətəndaşlar sui-istifadə etməməlidirlər, özlərini qorumalıdırlar".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2576 Tarix: 06 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda ev qiymətinə sini satılır - FOTO
Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib
18 aprelQubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld
18 aprelİkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO
Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə
18 aprelŞimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2
18 aprelXoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi
18 aprelNövbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl
19 aprel