AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu

AŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olunduAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iyunun 5-də onlayn formatda iclası baş tutub.

"Report" xəbər verir ki, pandemiya dövründə qadın hüquqlarının qorunmasının vacibliyinə həsr olunan virtual toplantıda "Qadınların səlahiyyətlərinin artırılması, Avropada arzuolunmaz hamiləliyə qarşı xidmətlərin təşviqi", "Xarici siyasətin gender ölçüsü", "Süni intellektin istifadəsi nəticəsində yaranan ayrı-seçkiliyin qarşısının alınması" kimi aktual mövzuları əhatə edən məruzələr dinlənilib.

Uzunmüddətli perspektivdə pandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsirinin bütün cəmiyyətlərə zərər verə biləcəyi vurğulanıb.
İclasda ölkəmizi təmsil edən deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ"nun müzakirəsi zamanı fikirlərini bölüşüb.
O bildirib ki, "COVİD-19" gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb: "Təəssüflər olsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlar üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub".
Azərbaycanın pandemiya dövründə gender əsaslı zorakılığa dair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biri olduğunu qeyd edən deputat vurğulayıb ki, bu gün bütün dövlətlər mövcud böhranın daha da böyüməsinin qarşısını almaq istiqamətində çalışmalıdır. K.NurullayevaAŞPA komitəsinin onlayn iclasında gender bərabərsizliyi müzakirə olundu"Aİ BMT Məlumatlandırma Təşəbbüsü"nün (EU-UN Spotlight Initiative) bu məsələyə reaksiya baxımından vacib əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.
"Ayrı-ayrı ölkələrdə investisiyaların miqyasını genişləndirmək üçün daha çox maraqlı tərəflərə, o cümlədən özəl təşkilat və vətəndaş cəmiyyəti üzvlərinə çağırış etməyin vaxtıdır" deyən K.Nurullayevanın qənaətincə, bu təşəbbüs qadınların bacarıqlarını nümayiş etdirmək, yeni iş yerlərinin yaranması, eyni zamanda qadınların müdafiəsini təmin edəcək digər qlobal fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri maliyyə təminatı ola bilər. Bu isə nəticə etibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ən böyük dəstəkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1695   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel