Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik? - Mütəxəssis məsləhətləri

Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik? - Mütəxəssis məsləhətləriHəftəsonu karantin qaydalarının yenidən sərt formada tətbiqi vaxtını əyləncəli keçirmək istəyən bəzi insanlar tərəfindən o qədər də xoş qarşılanmır.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, "karantin günlərində nə edəcəyik?" deyən belə insanların əksəriyyəti bu günləri səmərəsiz gün kimi dəyərləndirirlər. Əslində isə belə günləri insanların ailə içərisində vaxt keçirə bilməsi üçün verilən bir şans kimi də dəyərləndirmək olar.

Mütəxəssislər də bu barədə dəfələrlə bildiriblər ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin və özünütəcrid insanlara özünü inkişaf etdirmək, ailəsi ilə vaxt keçirməyə kifayət qədər imkan verir. Belə günlərdə uşaqlı ailələr öz günlərini daha maraqlı keçirə bilərlər.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində bununla əlaqədar hətta xüsusi maarifləndirmə layihəsi də həyata keçirilib. Layihənin məqsədi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi "Instagram" səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alıb. Burada valideynlərə hətta evdə edə biləcəkləri fəaliyyətlər barədə də məlumatlar və tövsiyələr təqdim edilib. Karantin günlərində vaxtını səmərəli keçirmək arzusunda olanlar bu tövsiyələrdən istifadə etməklə övladları ilə günlərini xoş və maraqlı keçirə bilərlər.

Psixoloq Elnarə Baxışlı Trend-ə bildirib ki, epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik hissi yaradır. Çünki bu zaman insan vəziyyətə nəzarət hissini itirir.

Psixoloq əlavə edib ki, belə bir halda əsas iş dünya təcrübəsinə nəzər yetirərək düzgün davranış strategiyasını müəyyən etməkdir.

E.Baxışlı əlavə edib ki, insanlar dünyada sürətlə yayılan koronavirus təhlükəsinin ciddiliyini nəzərə alaraq, kütləvi tədbirlərdən və ictimai yerlərdən kənar olmalı, özünün və yaxınlarının sağlamlığına təsir göstərəcək gigiyenik davranış qaydalarına riayət etməlidir:

"Bu, bir psixoloji sınaqdır. Bu hadisə bizi məcbur etdi ki, həyata fərqli baxaq və həyatımızdakı dəyərləri yenidən qiymətləndirək. Bu səbəbdən ailə dəyərlərini qiymətləndirməliyik. Hər bir epidemiyanın partlayış və sönməsi dövrü olur. Bunu nəzərə alaraq, fikrimizi özümüzü və ailəmizi güclü, pozitiv edən, bizi xoşbəxt edən məqamlara yönəltməliyik".

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, koronavirusla əlaqədar dünyanın bir çox ölkəsində tətbiq olunan məcburi karantin tədbirləri insanları vərdiş etdikləri həyat tərzindən müvvəqqəti uzaqlaşdırır. Buna baxmayaraq, hər bir kəs karantin müddətinin tətbiqinin həm özü, həm də digər insanların sağlamlığı üçün vacib olduğunu dərk etməlidir.

Sosioloq qeyd edib ki, yoluxma ehtimalı çox olan və həssas kateqoriyaya aid edilən yaşlı və xəstə insanların sağlamlığı üçün bu tədbirlərin tətbiqi xüsusilə vacibdir:

"Bunun məsuliyyətini hər bir fərd daşımalıdır. İnsanların karantin müddətini səmərəli keçirməsi özlərindən asılıdır. Karantində olan, təcrid şəraitində yaşayan şəxslər bu dövr ərzində özünü təkmilləşdirməyə daha çox vaxt ayıra, daha çox mütaliə edə, maraqlı filmlər izləyə, sosial şəbəkələrdə mümkün olduğu qədər optimist paylaşımlar edə bilər. Bunlar insanların karantin müddətinin daha faydalı keçirməsinə kömək edər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2358   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel