Bu halda da cərimələnə bilərsiniz - Rəsmi

Bu halda da cərimələnə bilərsiniz - Rəsmi2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaze.e-gov.az portalı üzərində əldə edilən icazələr əsasında tənzimlənir.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.

Qeyd olunub ki, əvvəlcədən icazəsi olan şəxslərin hazırda icazələri aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.

Əməkdaşlar haqqında məlumatlar düzgün daxil edilməlidir. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.

Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.

Məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib.
Əgər vətəndaşların fəaliyyət istiqaməti Operativ Qərargahın qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 7710   Tarix: 06 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyənlər bu xəbəri oxusun!

Arıqlama məhsullarından istifadə etmək, artıq çəkidən azad olmaq üçün böyük addımlardan biridir. Ancaq hər arıqlama məhsulunu etibarlı şəkildə istifadə etmək, həmin məhsula güvənmək də elədə asan deyil. Mühüm olanı sağlamlığa zərər vermədən, organizminizə ağır olmayacaq və istehsal şərtləri ilə etibarl

10 iyun

Rayonlara dolu və yağış yağır - FAKTİKİ HAVA

Respublikada faktiki hava şəraiti açıqlanıb.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda Qəbələyə yağış və dolu yağır.. . Oğuz rayonunun Başdaşağıl kəndinə isə dolu yağır.

6 iyun

"Papa Johns" karantini pozdu, açıq imiş - Fotolar

Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.. Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən "Papa Johns" pizza restoranının reyd zamanı işlədiyi məlum olub.. . Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafi

6 iyun

Ali məktəblərə sənəd verənlərin sayı 88171-ə çatıb

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.. . Dövlət İmtahan Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir

6 iyun

Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik? - Mütəxəssis məsləhətləri

Həftəsonu karantin qaydalarının yenidən sərt formada tətbiqi vaxtını əyləncəli keçirmək istəyən bəzi insanlar tərəfindən o qədər də xoş qarşılanmır.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, "karantin günlərində nə edəcəyik?" deyən belə insanların əksəriyyəti bu günləri səmərəsiz gü

6 iyun

Qaradağda vətəndaş evini marketə çevirdi - VİDEO

Bakının Qaradağ və Xətai rayonlarında qanunsuz fəaliyyət göstərən marketlər aşkar edilib.. . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonunda yaşayış binasının 1-ci mərtəbəsində yaşayan şəxs evinin bir hissəsini marketə çevirib və həftəsonu fəaliyyəti qadağan olunduğu halda işləyib.

6 iyun

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Adətən tıxac görməyə öyrəşdiyimiz paytaxt yollarının boş olduğu fotolar diqqət çəkib. . . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakının əsas yollarının hazırkı vəziyyətini əks etdirən fotoları BNA-nın mətbuat katibi Mais Ağayev paylaşıb. . . Şəxsi avtomobillərin hərəkətinə qoyulmu

6 iyun

Sabahın hava PROQNOZU

Ölkə ərazisində iyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. . . Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.. . Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayi

6 iyun

"Post-pandemiya dövründə də konsaltinq xidmətlərinə ehtiyac çox olacaq"-RƏY

Son zamanlar dünyada işçiləri üçün uzaqdan iş qaydasından istifadə edən şirkətlərə texniki və konsultativ yardım göstərilməsi xidməti fəal şəkildə inkişaf etməyə başlayıb. Məsafədən xidmət tətbiq edən xüsusi biznesə dəstək mərkəzləri açılmağa başlayıb. Xidmətlər fərqli ola bilər: biznesin proqram təminatında

6 iyun