İlk dəfə qardaşları ilə efirə çıxan Röya: "Onlar türk vətəndaşı oldular" - VİDEO

"Anam biləndə ki, mən ifaçılığa başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla aralarında mübahisə yarandı. Anam atama bunları dedi: "Mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən. Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi. Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə - red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?" Atam isə ona cavabında dedi: "O kişi musiqi aləminin məşhur simasıdır. İnanıram ki, balam bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam".

Oxu.Az xəbər verir ki, bu sözləri ötən gün 38 yaşını qeyd edən Xalq artisti Röya Ayxan "İctimai" televiziyada yayımlanan "Gəl qonaq ol!" proqramında qonaq olarkən deyib.

Ailə üzvləri ilə ilk dəfə kamera önünə keçən sənətçi səmimi etirafları ilə diqqət çəkib.

Röya atasının ona aldığı açıq-saçıq libasa görə anası ilə münaqişə yaşadığını bildirib:

Röyanın anası Telli xanım
İlk dəfə qardaşları ilə efirə çıxan Röya: "Onlar türk vətəndaşı oldular" - VİDEO"Atam mənə ilk dəfə kürəyi açıq libas aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anamın yüksək səslə söylədiyi "Bu paltarı cırmaq lazımdır. Röya bu paltarı geyinməyəcək" kəlmələrini eşitdim (gülür). Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. Sənətə gəldiyim 5-6 ildən sonra anam İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim: "Nə oldu, bəs məni qəbul etmirdin?"

Verilişdə qardaşları Ayxan və İsmayılla bir masa ətrafında əyləşən Xalq artisti onlardan da söhbət açıb:
İlk dəfə qardaşları ilə efirə çıxan Röya: "Onlar türk vətəndaşı oldular" - VİDEORöyanın qardaşı İsmayıl
İlk dəfə qardaşları ilə efirə çıxan Röya: "Onlar türk vətəndaşı oldular" - VİDEO"İsmayılı hamı tanıyır. Çünki o daim mənim yanımda olub. Birlikdə mənimlə verilişlərə çıxıb. Amma Ayxanı heç kim görməyib. Çox adam elə zənn edir ki, oğlumun adı Ayxandır, bu səbəbdən də onun adını soyadım kimi götürmüşəm. Amma əslində, bu belə deyil. Qardaşım Ayxan dünyaya gələndən problemli uşaq olub. Hər zaman qorxmuşuq ki, xəstələnər. Ona bir şey olar... Bu səbəbdən onun adını soyadım kimi götürmüşəm ki, hər zaman yanımda yaşasın. Ayxanın 30 yaşı var. Sağlam oğlandır.

İndi atamın ən xoşbəxt günləridir. Çünki İsmayıl ilə Ayxan dörd yaşından İstanbulda yaşayıb. İsmayıl tez-tez Bakıya gəlsə də, Ayxan cəmi iki dəfə gəlib. Atam onlarla görüşmək üçün hər zaman İstanbula gedib. Karantin müddətində qardaşlarım hərbi xidmətlərini başa vurdular. Türk vətəndaşı olmaq üçün Bakıdan çıxıb İstanbula getmək istədikləri vaxt koronavirus pandemiyası ilə əlaqədər sərhədlər bağlandı. Qardaşlarım Bakıda qalmalı oldular. Atamın arzusu sanki çin oldu. Neçə illərdir oğullarının həsrətini çəkir, onları doyunca görə bilmirdi. İndi üç aydan çoxdur ki, Ayxan ilə İsmayıl atamın yanındadır".

R.Ayxan "Xalq artisti" fəxri adına layiq görülsə də, həyatında heç bir dəyişikliyin olmadığını söyləyib:

"Yekəxanalıq, özünü öymək, mənəm-mənəmlik mənlik deyil. "Xalq artisti" adını zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah müğənniləri seçir, ulduz edir, amma onlara həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq. Çox istərdim ki, atamın böyük həyət evi olsun. Onu da sənin üçün edəcəyəm (gülür)...

Proqramın gedişatında verilişin aparıcısı Saleh Bağırovun "Fikir vermisən, ən yaxşı aşpaz kişilər olur" fikrinə Röya "Bəli, elə də olmalıdır. Qadının işi uşaq dünyaya gətirməkdir" deyib, bu mövzuda olan düşüncələrini belə davam edib: "Mənə deyirlər ki, "Oğlun Hüseyn təkdir. Bəlkə həyatına kimsə gələr, yenidən ana olarsan..." Cavab olaraq söyləyirəm ki, "Heç zaman. Bundan sonra yenidən ailə qurub, övlad sahibi olmaq həvəsim yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5400   Tarix: 15 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021