Azərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilib

Azərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilibAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.

Ailələri təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və "Qobu Park-3" yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin ölkə başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.

Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beş mərtəbəli bina tam təmirli 3 otaqlı 60 mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.

Azərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilibAzərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilibAzərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilibAzərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilibAzərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kateqoriya   Baxılıb: 1706   Tarix: 16 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təxribata uymayın - milli ruhumuzu sarsıtmağa çalışan xarici qüvvələr var" - QHT sədri

"Bizim ordumuz da, xalqımız da bütün təxribatların qarşısını almaq gücündədir". Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Sabiroğlu deyib. "İnsanlarda ruh yüksəkliyi var. Bu, möhtəşəm haldır. Ancaq bu birliyimizə mane olmaq istəyə

15 iyul 2020
.

Azərbaycanlı gənc rəssam beynəlxalq sərginin qalibi oldu - FOTO

Bakıdakı İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Əntiqə Rüstəmova Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində keçirilən "Qış nağılı" adlı Beynəlxalq uşaq rəsm sərgisində qalib olub. xəbər verir ki, ötən ilin dekabrında "Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi"ni

13 fevral 2019
.

Metyu Brayza: "ABŞ şirkətləri hökumətin geosiyasi maraqlarına əhəmiyyət vermədi"

ABŞ-ın "Chevron" və "ExxonMobil" kimi böyük enerji şirkətlərinin Azərbaycandakı layihələrdən çıxmaqla bağlı qərarları ciddi iş prinsipləri əsasında qəbul edilib. Bunu "APA-Economics"ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədr

25 may 2020
.

Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz bun

8 fevral 2021
.

Koronavirus STRESS TESTİDİR

Belarusiyada koronavirusun yayılması ilə bağlı mövcud vəziyyət stress testi və səhiyyə sisteminin gücünün sınağıdır. -ın -a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Vladimir Karanik bildirib. Nazir qeyd edib ki, hakimiyyət orqanlarının əsas vəzifəsi tibb işçilərin

13 aprel 2020
.

Qarabağ aksiyasındakı bu zampolit kimin adından danışırdı?

İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşü Azərbaycan xalqının, gəncliyinin Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xüsusən də öncədən planlaşdırılmayan, heç bir təşkilatçısı olmayan və minlərlə insanın 30 km-dən artıq məsafədə yürüşünün dinc məcrad

16 iyul 2020
.

Yıxılarkən qucağındakı qızını BELƏ QORUDU - VİDEO

Türkiyədə buzlu yolda yıxılan və qucağındakı qızını qorumağa çalışan atanın görüntüləri hər kəsi duyğulandırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada buzlu yolda qucağında uşaqla gedən kişinin müvazinətini itirib yerə yıxıldığı an təhlükəsiz kameraları tərəfindən qeydə alınıb. Ata qızını

21 yanvar 2021
.

ŞOK: Sevgilisini pəncərədən aşağıya ATDI

Türkiyənin Antalya şəhərində baş verən olay hər kəsin diqqətini çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aytaç Süleyman adlı şəxs sevgilisi Safiye Nur adlı qadını yaşadığı binanın 2-ci mərtəbəsindən aşağıya atıb. Pəncərədən düşən qadın binanın qarşısındakı avtomobilin üzərinə düşüb. Qadı

26 may 2021
.

Azərbaycanda 7 dəfə ərə getdiyi deyilən gənc qadın DANIŞDI - FOTO

Azərbaycanda gənc qadının 7 dəfə ailə qurduğu iddia olunur. xəbər verir ki, bu barədə "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində bildirilib. Belə ki, veriliş vasitəsi ilə anasını axtaran Günəş haqqında bəzi məqamlar ortaya çıxıb: qadının ögey anasının qohumu efir

27 fevral 2021