Azərbaycan-İran sərhədində atışma: Ölən var

Azərbaycan-İran sərhədində atışma: Ölən varDövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən verilən mlumata görə, 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub.

Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti əra­zi qa­pa­dılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­ıb. Lakin sərhəd pozucuları əmrə tabe ol­mayıb, sər­həd naryadına qarşı av­to­mat silahdan və "Vinçester" tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə ya­rası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan "Bolqarçay"ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçıb və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılıblar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2622   Tarix: 18 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021