Evdə virus və mikroblar ən çox harada toplanır?

Evdə virus və mikroblar ən çox harada toplanır?Dünyada koronavirusun kütləvi yayılması kontekstində insanlar küçədəki hərəkətlərini məhdudlaşdırmağa, maskalar taxmağa və mütəmadi olaraq dezinfeksiyaedici maddələrdən istifadə etməyə çalışırlar. Bu müddətdə insanların gününün çox hissəsini evdə keçirdiyini də xüsusi qeyd etməliyik. Bu vəziyyətdə virusların və mikrobların ən çox toplaşdığı məkanların elə evlərdə olduğunu da unutmamalıyıq.

Bəs evimizdə mikroblar ən çox harada toplanırlar? Onlardan necə qorunmalıyıq?

Sonxeber.az bildirir ki, mövzu ilə bağlı Lent.az-ın suallarını həkim-infeksionist Süleyman Kamilov cavablandırıb. Həkim bildirib ki, viruslar və zərərli bakteriyalar organizmimizə həm tənəffüs yolu ilə, həm də təmasda olan səthlər vasitəsilə daxil olurlar:

"Evin çirkli yerləri tez-tez toxunulan, amma təmizlənməsi unudulan yerlərdir. Ayaqyolu və hamam kimi çirkli nöqtələr barədə danışmayacağıq, çünki bu məkanlar tez-tez təmizlənir. Unutulan yerlərə daha çox diqqət yetirməliyik. Evdə mikrobların ən çox olduğu yerlər: otağın, qapıların, soyuducuların və pəncərələrin tutacaqları, elektrik açarları, krantlar, sabun qabları, kompüter, televizor və kondinsioner pultlarıdır. Çünki bunlara mütəmadi toxunuruq. Məsələn, bakteriyaların ən yüksək sıxlığı vanna otağında quraşdırılmış kranlarda cəmlənib. İnsan sözügedən əşyaya çirkli əllərlə toxunur, sonra əllərini yuyur və suyu bağlayır. Nəticədə bütün mikroblar yenidən geri qayıdır".

İnfeksionist deyir ki, evimizdə məskunlaşan bu mikroblarla mübarizəni bir necə üsulla aparmaq olar:

"Qapı tutacaqlarını tez-tez silmək lazımdır. Vanna otağındakı sabun qabları, mətbəxdə və evin digər məkanlarında yerləşən kranlar tez-tez təmizlənməlidir. Elektrik açarları evə girərkən əlimizi yumadan ilk toxunduğumuz məkanlardır. Buna görə də onların təmizlənməsinə xüsusi diqqət yetirməliyik. Təmir olunmamış və ya filtrləri təmizlənmədən, işlədilən kondinsionerler sağlamlığınıza təhlükə yarada bilər. Təmizlənməyəndə filtrlərdə toplana bilən mikroblar xəstəliklərin səbəbkarıdır. Buna görə qeyd etmək lazımdır ki, iki həftədən bir kondisioner filtri təmizlənməlidir".
Sonda qeyd edək ki, mütəxəssislər evdə antiseptik deyil, məişət gigiyenasının adət etdiyi vasitələrindən istifadəni məsləhət görürlər. Həmçinin vaxtaşırı otaqları havalandırmaq tövsiyə olunur. Bu edilmədikdə, viruslar daha da sürətlə çoxalacaq.
Evdə virus və mikroblar ən çox harada toplanır?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2401   Tarix: 21 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021