Hamiləlik toksikozlarının mərhələləri və əlamətləri

Hamiləlik toksikozlarının mərhələləri və əlamətləriHamiləlik toksikozu hamiləlik vaxtı və ya yalnız hamiləliklə əlaqədar olaraq baş verən mürəkkəb patoloji neyrohumoral prosesdir. Hamiləliyin erkən toksikozu və müasir təsnifata əsasən "hestoz" adlandırılması hamiləliyin ikinci yarısının toksikozu sayılır.

Sonxeber.az bildirir ki, bu barədə məlumat verən həkim-ginekoloq Kəmalə Əliyeva AZƏRTAC-a deyib: "Erkən toksikozlar hamiləliyin ilk üç ayında baş verir, adətən 12-ci həftəyə qədər davam edir, bəzi hallarda isə 15-16-cı həftəyə qədər də çəkə bilər. Onun əksər formaları üçün həzm sistemi funksiyalarının pozulması xarakterikdir. Əsasən narahatlıq doğuran hallar mədə nahiyəsində ağırlıq, ürəkbulanma, qusma, normadan artıq tüpürcək ifrazı, müəyyən qida məhsulları və qoxulara olan ikrah hissidir. Bəzən bu hal daimi, bəzən də yalnız səhərlər, yaxud da qida qəbulundan sonra baş verir.

Erkən toksikozun əsas növü olan hamiləlik qusmaları ağırlıq dərəcəsinə görə üç yerə bölünür: yüngül dərəcəli qusma sinir sistemində baş verən funksional dəyişiklikləri, orta dərəcəli qusma intoksikasiyanı, ağır dərəcəli qusma isə müxtəlif orqanlarda baş verən distrofik prosesləri əks edir. Yüngül dərəcəli qusma zamanı iştaha azalır, sutkada 2-4 dəfə, xüsusilə qida qəbulundan sonra qusma baş verir. Hamilənin ümumi vəziyyəti dəyişmir, nəbz, hərarət və arterial təzyiq norma daxilində olur. Belə qusma adətən dölün inkişafına mənfi təsir göstərmir. Orta ağırlıqlı hamiləlik qusmaları zamanı hamilə çəkisini itirir, bədən hərarəti subfebril - 37,5 dərəcəyə çatır, nəbzdə taxikardiyaya meyillik, yəni dəqiqədə 90-100 vurğu olur, sutkada 10 dəfəyə qədər qusma baş verir. Düzgün aparılan müalicə nəticəsində hamilənin vəziyyəti düzəlir və normal inkişaf edir. Nadir hallarda proses inkişaf edərək ağır dərəcəli hamiləlik qusmasına keçdikdə hamilənin ümumi vəziyyəti ağır olur, çəkisi kəskin surətdə azalır, hərarəti 38 dərəcəyə qədər artır, nəbzi dəqiqədə 100-120 dəfə vurur, qusma sutkada 20 dəfə və daha çox təkrarlanır. Belə hallarda təcili tibbi müdaxilə və müalicə aparılmazsa, ana və döl üçün ağır nəticələr verər".

Həkim-ginekoloq deyib: "Qadınlar arasında belə bir fikir var ki, ürəkbulanma və qusma yoxdursa, deməli, hamiləlik düzgün inkişaf etmir. Əslində isə belə deyil. Əvvəllər belə fikirlər olub ki, ürəkbulanma və qusma yoxdursa, onda hamiləliyə xas olan hormonların səviyyəsi lazımi qədər deyil və hamiləlik üçün təhlükə var. Lakin müasir dövrdə həmin fikirlər təsdiqini tapmır və erkən toksikoz keçirməyən qadınların əksəriyyətində hamiləlik normal başa çatır. Erkən toksikoz zamanı hamilələrin vəziyyətini yüngülləşdirmək üçün onlara açıq havada daha çox vaxt keçirmək, yatmazdan əvvəl otağın havasını dəyişmək məsləhətdir. Hamilənin menyusunu tərkibcə zəngin, tez həzm edilən qidalar təşkil etməli, qida qəbulu isə az-az və tez-tez olmalıdır. Təbii ki, vəziyyəti aradan qaldırmaq üçün müxtəlif dərman preparatları və müalicə üsulları var, lakin onları həkim məsləhəti olmadan qəbul etmək yolverilməzdir. Hamilənin emosional durumunun erkən toksikozun yaranmasında rolu var. Elmi tədqiqatlar nəticəsində müəyyən olunub ki, arzuolunmayan hamiləlik zamanı erkən toksikozun əlamətləri daha qabarıq olur. Bundan əlavə, belə hallar əsasən ilk hamiləlikdə baş verir: qadın öz yeni vəziyyəti, gələcək uşağı haqqında daha çox düşünür. Erkən toksikozun gedişinə hamilənin fiziki və psixi gərginliyi də mənfi təsir göstərir. Ona görə də hamilə qadın gərginlik doğuran situasiyalardan uzaq durmağa çalışmalıdır.

Hamiləliyin ikinci yarısının toksikozu ağır patologiya olub ana və döl üçün arzuolunmayan nəticələrə aparıb çıxara bilər. Məsələn, mərkəzi və vegetativ sinir, ürək-damar, endokrin sistemlərinin, həmçinin bir sıra mübadilə prosesləri və s. funksiyaların pozulması baş verir. Səbəbi tam öyrənilməsə də, daha çox müxtəlif somatik xəstəliklər 18 yaşadək və yaşı 30-dan yuxarı olan ilkin hamilələrdə təsadüf olunur. İrsi meyilliyin də müəyyən rolu var.

Həmin patologiya üçün üç əsas əlamət - ödem, proteinuriya (sidikdə zülalın olması) və hipertenziya (arterial təzyiqin yüksəlməsi) xarakterikdir. Qadının barmağından üzüyü çətinliklə çıxarması, ayaqqabıları ayağına dar olması ödem patologiyasının ilk əlamətidir. Bundan əlavə arterial təzyiqin dəyişkən və asimmetrik olması (sağ və sol qollarda fərqlilik), hamilənin çəkisinin patoloji artması və s. hallar baş verir. Həmin patologiyaların vaxtında aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin uğurla başa çatması üçün qadın vaxtlı-vaxtında müayinələrdən keçməlidir. Hər müayinə vaxtı hamilənin çəkisi müəyyənləşdirilməli, hər iki qolda arterial təzyiq ölçülməli, sidik və mamalıq müayinəsi aparılmalıdır. Ümumiyyətlə, istənilən patologiya vaxtında aşkarlanıb düzgün müalicə olunduqda daha ağır formalara keçmir, ana və döl üçün təhlükə yaratmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3633   Tarix: 21 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021