Xızıda iki dəfə qumbara partlatmış şəxs tutuldu - FOTO

Xızıda iki dəfə qumbara partlatmış şəxs tutuldu - FOTOXızıda qumbara partlatmış şəxs yaxalanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyun ayının 21-də gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şöbə əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və həmin ərazidə əlavə olaraq daha bir partlamamış əl qumbarası aşkarlayıblar.

RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyev qısa zaman ərzində qəsəbə ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o, əməlini etiraf edərək, əl qumbaralarını tanışı Yalçın Novruzovdan aldığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Y.Novruzov da qəsəbə ərazisində saxlanılıb və ANAMA-nın mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilmiş baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Xızıda iki dəfə qumbara partlatmış şəxs tutuldu - FOTOXızıda iki dəfə qumbara partlatmış şəxs tutuldu - FOTOXızıda iki dəfə qumbara partlatmış şəxs tutuldu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1358   Tarix: 23 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021