General Zakir Həsənovun verdiyi müsahibədəki VACİB MƏQAMLAR-Politoloq AÇIQLADI

General Zakir Həsənovun verdiyi müsahibədəki VACİB MƏQAMLAR-Politoloq AÇIQLADIMüdafiə naziri Zakir Həsənovun verdiyi son geniş müsahibələr çox vacib idi. Çünki cəmiyyətdə xeyli suallar yığılmışdı. Zakir Həsənovun eyni gündə iki televiziya kanalına Azərbaycan və rus dillərində müsahibə verməsinin də xüsusi əhəmiyyəti var. Görünür, müdafiə naziri onun mesajlarının Azərbaycan cəmiyyəti ilə yanaşı Rusiya və Ermənistanda da eşidilməsini istəyib. Beləliklə, müdafiə naziri 3 cəmiyyətə mesajlar vermiş oldu.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq qeyd edib ki, Azərbaycan cəmiyyətini narahat edən əsas sual bu idi: "Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etdikdə

Azərbaycan ordusu nədən bu təxribata cavab vermədi?"

Zakir Həsənovun bu suala cavabı belə oldu ki, Şuşada "andiçmə" mərasimi keçirilərkən Azərbaycan Ordusu prezidentin tapşırığı ilə iri planlı genişmiqyaslı hərbi təlimlərə başladı. Həmin təlimlərdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Zakir Həsənov haqlıdır. Həmin təlimlər Ermənistan hakimiyyətini və Dağlıq Qarabağ separatçılarını ciddi narahat etdi. Erməni saytları müxtəlif yazılar yayınladılar, erməni eskpertlər müharibə riskinin artdığını bildirdilər. Üstəgəl ermənipərəst konqresmen Frank Pallone Ağ Ev, Dövlət Departamenti və Pentaqona eyni məzmunlu 3 məktub göndərdi. O həmin məktublarda Azərbaycanın başladığı hərbi təlimlərin bölgədə gərgin vəziyyət yaratdığını iddia etdi. Aydındır ki, erməni lobbisi də qorxu içində olub ki, Pallonedən belə bir məktub yazmağı xahiş edib. Ancaq Zakir Həsənovun cavabından o da aydın oldu ki, Azərbaycan ordusu bəzilərinin istədiyi kimi Paşinyan Şuşada olarkən, müharibəyə başlaya bilməzdi.

Buna baxmayaraq, Zakir Həsənovun sözlərindən bəlli oldu ki, Azərbaycan ordusu müharibəyə hazırdır, sadəcə əmr gözləyir. Müdafiə nazirinin sözlərinə görə, bu dəfə müharibə 4 günlük Aprel savaşına bənzəməyəcək, Ermənistan növbəti müharibədə minlərlə itki verəcək. Bu mesaj birbaşa ermənilərə ünvanlanmışdı ki, danışıqlar əsasında Dağlıq Qarabağ ətarfındakı rayonların boşaldılmasına razılaşmasalar, onları müharibə və böyük itkilər gözləyir. Zakir Həsənov ilk dəfə Aprel savaşı zamanı Ermənistanın itkilərini də açıqladı. Əhalisi 3 milyona çatmayan Ermənistan üçün 4 günlük savaşda 560 nəfər itirmək böyük rəqəmdir. Məhz bu itkilərdən sonra Ermənistanın keçmiş prezidenti və Baş naziri Serj Sərkisyan Müdafiə nazirini və xeyli generalını dəyişdi, orduda korrupsiya ittihamları ilə həbslər başladı. Bütün bunlar sonda ona gətirdi ki, Serj Sərkisyan özü də hakimiyyətini itirdi. Növbəti müharibə Paşinyanın hakimiyyətinin itirilməsiylə nəticələnəcək.

Zakir Həsənov müsahibəsi zamanı bir başqa məsələyə də aydınlıq gətirdi. Müdafiə naziri ötən ilki müsahibəsində Aprel savaşı günlərində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ona zəng etdyini bildirmişdi. Zakir Həsənov Şoyqunun ondan müharibəni dayandırmasını xahiş etdiyini bildirmişdi. Ermənistanın 2016-cı ilin aprel ayında ağır vəziyyətdə olmasını Zakir Həsənov belə izah edib ki, həmin günlərdə Ermənistanda səfərbərlik elan olunub. Səfərbərlik isə ordunun əlavə heyətə ehtiyac olduğu halda elan edilir. Ermənistanda səfərbərlik zor əsasında həyata keçirildiyi halda, minlərlə Azərbaycan gənci döyüşə atılmaq üçün orduya könüllü yazılmaq istəyirdi. Bu müharibəyə istəyin və hazırlığın iki ölkənin cəmiyyətlər arasındakı fərqin bariz nümunəsidir.

Zakir Həsənov budəfəki müsahibəsində rusiyalı həmkarıyla söhbətin detallarını daha geniş şəkildə açıqladı. Bəlli oldu ki, Sergey Şoyqu Zakir Həsənova zəng edəndə Azərbaycan ordusu Lələtəpə yüksəkliyini ələ keçirib Talış kəndinə doğru irəriləyirdi. Başqa sözlə Şoyqunun zəngi olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Ancaq Zakir Həsənovun sözlərinə görə, ermənilər Şoyquya yalvarıblar ki, Azərbaycan ordusunun hücumunu dayandırmasına nail olsun.

Zakir Həsənov Şoyqunun israrlı xahişlərini nəzərə alaraq Aprel müharibəsinin dördüncü günü hücum əməliyyatlarını dayandırıb. Halbuki, Şoyqunun xahişinə rəğmən, hücum davam etdirilsəydi, Azərbaycan ordusu irəriləməkdə davam edəcək, separatçıların itkiləri aratacaqdı. Bəlkə də bu amil sonrakı mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda mövqelərini zəiflədəcəkdi. Əslində Rusiya rəsmiləri Azərbaycan ordusunun hücumunu dayandırması əvəzində Ermənistan hakimiyyətini münaqişənin "mərhələli həll" planına razı salacağını vəd etmişdilər. Ancaq Moskva vədini yerinə yetirmədi. Ona görə də Zakir Həsənovun müsahibəsindən onu anlamaq olar ki, növbəti savaş zamanı heç bir vədə inanmadan güc yoluyla Ermənistan hakimiyyətini "mərhələli həll" planına razı salmaq lazım gələcək. Həqiqətən növbəti müharibə zamanı zənglərə inanmaq olmaz, nəticəyə yaxınlaşdıqdan sonra yenidən atəşkəsə razılaşmaq olar, əks halda erməni separatçıları yenə zaman qazanmış olacaq və işğalı davam etdirəcəklər".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3727   Tarix: 24 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel