"ABŞ-da tarixi şəxsiyyətlərin heykəllərinə edilən hücum tarixin bir səhifəsini silməkdir"-RƏY

"ABŞ-da tarixi şəxsiyyətlərin heykəllərinə edilən hücum tarixin bir səhifəsini silməkdir"-RƏYABŞ-da başlayan irqçiliyə qarşı hərəkat tarixin təftiş olunması və bir çox tarixi şəxsiyyətlərin heykəllərinə hücumlara çevrilib. Hazırda ABŞ və Avropada bir çox tarixi şəxsiyyətlərin heykəlləri dağıdılır.

ABŞ Prezidenti Donald Tramp abidələri dağıdan və ya korlayanların həbs olunmasına əmr verib. Qərara əsasən abidə, heykəl və ya digər federal əmlakı məhv edən şəxs 10 il azadlıqdan məhrum oluna bilər.

Tarixə və tarixi şəxsiyyətlər yeni münasibət dünya üçün nə vəd edir? Bu günə qədər dünyada qəhrəman və böyük tarixi şəxsiyyət kimi tanınan insanlara münasibətin 180 dərəcə dəyişməsi elmdə, siyasətdə və beynəlxalq münasibətlər sistemində nələri dəyişəcək? Bu dəyişiklik bəşəriyyət üçün nə vəd edir?

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a geniş açıqlama verib.
"ABŞ-da tarixi şəxsiyyətlərin heykəllərinə edilən hücum tarixin bir səhifəsini silməkdir"-RƏYPolitoloq bildirib ki, tarixə münasibətin dəyişməsi ilk növbədə kütlənin tarixi abidələrə münasibətində özünü göstərir:

"Buna aid saysız-hesabsız misallar göstərmək olar. Bu, həm də daha çox bir formasiyaya, ictimai quruluşa etirazın ifadəsidir. Abidələr tarixi mirasdır, maddi irs nümunələridir, eyni zamanda tarixin bir parçasıdır. Onu söküb-atmaq kütlənin şüurunda tarixin müəyyən səhifəsini silməklə assosiasiya olunur.

Rusiyada çarizm üsul-idarəsi devriləndə bolşeviklər ilk növbədə həmin dövrü xalqın yaddaşından silmək üçün abidələri məhv etdilər. Kommunizm ideologiyası süquta uğrayanda isə keçmiş sovet ittifaqı ölkələrində və eləcə də, şərqi Avropada ilk növbədə abidələr dağıdıldı. Digər imperiyalar da eyni aqibətlə üzləşib. Çağ qapayıb çağ açmaq həm də əvvəlki dövrün abidələrini məhv etməklə və ya ən yaxşı halda onu özününküləşdirməklə başlayır, necə ki, məsələn, Fateh Mehmet bir Bizans məbədi olan Ayasofyanı dağıtmamışdı, amma məscidə çevirmişdi və bu gün də Avropa ölkələrinin Konstantinopol məsələsində bu əsas yer tutur. Çox zaman imperiyalar, qeyri-demokratik rejimlər öz mövcudluğunu möhtəşəm, əzəmətli abidələrlə kütlələrin şüurunda həkk etməyə çalışır və həmin quruluş süqut edəndə ilk növbədə o quruluşun simvolu olan abidələrə hücum edirlər.

Bu, Yaxın Şərqdə, keçmiş sosialist düşərgəsinə daxil olan ölkələrdə, Osmanlı, Avstriya-Macarıstan, Britaniya imperiyalarına daxil olan ölkələrdə belə olub. Leninin Səddam Hüseynin, Stalinin, Mübarəkin, Polşada sovet əsgərlərinə qoyulmuş abidələrin, elə Azərbaycanda bolşeviklərin aqibətinin məhz bu cür olduğunun şahidi olmuşuq. ABŞ-da baş verən etirazlarda da oxşar hal müşahidə olunur. ABŞ-ın baniləri sayılan, Britaniya müstəmləkəsinə qarşı vuruşaraq 13 koloniyanın müstəqilliyini elan etmiş, vətəndaş müharibəsi nəticəsində ölkədə quldarlığı ləğv etmiş, Müstəqillik bəyannaməsi qəbul etmiş ata-babaların abidələrinə hücum ABŞ-ın nəinki tarixinə, bu gününə və gələcəyinə olan hücumdur. Bu, təsadüf deyil. Çünki iğtişaşlarda fəallıq göstərən təşkilatlar içərisində radikal marksist solçular xüsusilə fərqlənirdi. Onların kapitalizmin və liberal dəyərlərin beşiyi, alınmaz qalası olan ABŞ-a, demokratiyanın atalarının abidələrinə hücum ABŞ-ın söykəndiyi sarsılmaz dəyərlərə, liberalizmə, demokratiyaya olan hücum idi.

Bu, ABŞ-ın simasında demokratiyanın süqut edəcəyi mesajı idi və Trampı narahat edən də məhz budur. Bu hücumların arxasında Çin, Rusiya və digər düşmənlərin təşkilatçı olması versiyası da istisna olunmurdu. Hər halda, ABŞ-ın qurucularına hücum dediyimiz kimi ABŞ-ın əsaslarına hücumdur və bu Birləşmiş Ştatlar üçün qırmızı xəttdir. Tarixi abidələrə zərər vurmaq, onları dağıtmaq həm də bir vandalizm aktıdır və onun qarşısı qanunla alınmalıdır. Tarixi hadisələrə ən doğru qiyməti çox hallarda beyni qızışmış kortəbii kütlə yox, zaman özü verir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4078   Tarix: 24 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart