Boltonla Putinin Moskvadakı görüşünün PƏRDƏARXASI-RƏY

Boltonla Putinin Moskvadakı görüşünün PƏRDƏARXASI-RƏYABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun yeni yayınlanan qalmaqallı kitabı haqqında çox danışılır. Bolton kitabındakı misallarla Trampın siyasətdə naşı olduğunu göstərib. Trampın Finlyandiyanın Rusiya ərazisi hesab etməsindən tutmuş Böyük Britaniyanın nüvə silahına malik olması barədə məmulatlı olmamasına dair fikirlər var kitabda. Ancaq Boltonun kitabında diqqəti daha çox onun Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlarındakı bir neçə detal çəkib.

Bu barədə politoloq Elxan Şahinoğlu Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, Rusiya ilə İran tərəfdaşdılar və Suriyada birgə hərəkət edirlər. Ancaq Putinin Boltona söylədiklərindən aydın olur ki, Putinin İrana etibarı yoxdur:
"Məsələn, Putin Boltona bunları deyib: "Trampa çatdırın ki, iranlıların Suriyada varlığından Rusiya heç nə qazanmır. İranın Suriyada fərqli maraqları var. İran Livanda şiə qrupları dəstəkləməklə bizim maraqlarla tərs düşür. İranın mövqeyi rusların Əsədə verdiyi dəstəyə də problemlər yaradır. Biz Suriyada xaos istəmirik. İranın isə Suriyada geniş maraqları var. Bu məsələni mən İsrailin baş naziri Benyamin Netanyahu ilə də müzakirə etmişəm".

Şübhə etmirəm ki, İran rəsmiləri və din xadimləri Putinin Boltona İranla bağlı söylədiklərini diqqətlə oxuyacaqlar. Putinin İranı İsrailin baş naziri ilə müzakirə etməsi də Tehranın heç xoşuna gılməyəcək. Ötən il bu vaxt Tehranda idim. Bu ölkənin diplomatları, deputatları və siyasi ekspertləri ilə görüşlərdən gəldiyim qənaət bu oldu ki, heç Tehranın da Rusiyaya və onun Suriyadakı siyasətinə inamı yoxdur.

Putin Boltonla söhbətdə Ukrayna mövzusuna da toxunub. Boltonun sözlərinə görə, əgər Moskvadakı danışıqlarda Suriya mövzusunda iki tərəf nəsə ortaq nöqtələr tapa bilirdilərsə və bunlardan biri İŞİD-ə qarşı mübarizə idisə, Ukrayna mövzusunda tam əks fikirdə olublar. Buna baxmayaraq, Putinin Boltona Krımla bağlı söylədiyi fikir diqqəti çəkir. Putin ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ona vədini xatırladıb: "Barak Obama 2014-cü ildə mənə vəd etmişdi ki, Rusiya Krımla kifayətlənsə, münaqişəyə son qoyacaq və Amerika mövcud vəziyyəti qəbul edəcək. Ancaq Barak Obama vədini yerinə yetirmədi və indiki böhranlı duruma gəlib çıxdıq".

Görünür, Obama Putinə anlatmaq istəyib ki, Rusiya Donbasdakı separatizmə dəstək verməsə və bu bölgəni Ukraynanın ərazisi kimi tanısa, Vaşinqton Krımın ilhaqına göz yummağa hazırdır. Ancaq məsələ burasındadır ki, Putin Krımla kifayətlənmədi, Ukraynanın parçalanması planını işə saldı. Elə ona görə də Barak Obama vədindən vaz keçdi. Ancaq əgər Putin Donbass əməliyyatına başlamasaydı belə, ABŞ Konqresi, diplomatları və generalları Barak Obamaya Krımın ilhaqını qəbul etməyə imkan verməyəcəkdilər.

Con Boltonun sözlərinə görə, onunla Putin arasında görüş saat yarım çəkib və görüşün sonunda hərə öz mövqeyində qalıb. Bundan bir neçə gün sonra Putin amerikalı həmkarı Donald Trampla Finlyandiyada görüşüblər. Bolton yazır ki, həmin görüşün az qala 90 fazində ancaq Putin danışıb. Putin həmin görüşdə yenə İran mövzusuna qayıdaraq ABŞ-ın nüvə anlaşmasından çıxmasının onu az narahat etdiyini bildirib.

Con Boltonun kitabı bir daha göstərir ki, böyük dövlətlərin liderləri bağlı qapılar arxasında problemli məsələləri necə həll etməyə çalışırlar. Obama Krımı güzəştə getməyə hazır olduğunu bildirir, Putin isə İranla Suriyadakı tərəfdaşlığın Rusiya üçün faydalı olmadığını etiraf edir. Con Bolton müşavir olduğu dönəmdə Azərbaycan və Ermənistanda da səfərdə olub. Onun bu səfər və görüşləri barədə qeydlərini oxumaq da maraqlı olardı, əgər keçmiş müşavir kitabda Cənubi Qafqaza səfəri barədə yer ayırmağı lazım bilibsə..."

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1379   Tarix: 25 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel