"Köçəryanın azadlığa çıxan kimi Sarqsyanla görüşü Paşinyanı qorxuya salıb"-RƏY

"Köçəryanın azadlığa çıxan kimi Sarqsyanla görüşü Paşinyanı qorxuya salıb"-RƏYGirov müqabilində azadlığa çıxdıqdan sonra Robert Koçaryan Serj Sarqsyanla görüşüb. Sarqsyanla görüşdən əvvəl Ermənistanın ikinci prezidenti ilk növbədə ölkədəki vəziyyəti müzakirə etdiyi hərb yoldaşları və komanda dostları ilə görüşüb.

Bu görüşlərin Paşinyan hökumətinə qarşı "Qarabağ klanı"nın resurslarının konsolidasiyası anlamına gəlib-gəlməməsi
Müşahidə olunan siyasi böhran nəticəsində, koronavirusla bağlı çətin vəziyyəti nəzərə alaraq Ermənistanı nə gözləyir (dövlət çevrilişi mümkündürmü)? Davam edən proseslər Qarabağ münaqişəsinə nə kimi təsir göstərəcək? Bu şəraitdə Azərbaycan nəyə hazır olmalıdır?

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Rusiyada keçirilən Qələbə paradında iştirak etməyən Ermənistanın Baş naziri Paşinyan koronavirus məsələsini əsas gətirdi. Lakin böyük ehtimalla məhkəmənin

Köçəryanı 4 milyon ABŞ dolları müqabilində zaminə buraxması onu çox narahat edib:

"Köçəryan azad olunduqdan 2 gün sonra keçmiş prezident Sarkisyan ona baş çəkib. Köçəryanın zaminə buraxılmasında Rusiyanın rolunun olması sirr deyil. Qarabağ klanına başçılıq edən iki keçmiş prezidentin əsas müzakirə mövzusu heç şübhəsiz Paşinyana qarşı mübarizə məsələsi olub. Köçəryanın azadlıqda olduğu və həbsdən çıxan kimi dərhal onun düşmənləri ilə bir araya gəlməsi Paşinyanı qorxudub. Böyük ehtimalla, o, parada getməkdən ona görə imtina edib ki, ölkədə olmadığı vaxtda Ermənistanda ona qarşı təxribat, çevriliş baş verə bilərdi. Paşinyan çox güman ki, buna görə də Moskvaya getmək istəməyib. Koronavirus karantini başa çatdıqdan sonra Ermənistanı çox çətin dövr gözləyir.

Yoxsul ölkə pandemiya nəticəsində daha da ağır vəziyyətə düşəcək, əhali çox çətin sosial durumla qarşılaşıb. Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Tsarukyan da belə davam edərsə, 3 aydan sonra əhalinin aclıqla üzləşəcəyini demişdi. Paşinyanın reytinqi xeyli geriləyib və belə bir şəraitdə siyasi rəqibləri bu fürsətdən yararlanaraq əhalini ayağa qaldırmağa çalışa bilərlər. Əgər Qərbdəki güc mərkəzləri, eləcə də İran Paşinyana yardım etməsə, onun siyasi karyerası faciəli şəkildə başa çata bilər. Ölkənin resursu yoxdur, xalq səfalət içində yaşayır və digər tərəfdən də daxildən Qarabağ klanı, xaricdən Rusiya Paşinyanın səhvlərindən istifadə edib onu hakimiyyətdən uzaqlaşdırmaq üçün fürsət gözləyirlər.

Qarabağ məsələsinə bu proseslərin hər hansı həlledici təsiri gözlənilmir. Qarabağ dünya erməniliyinin olmazsa olmazıdır və hakimiyyətə istər şovinist, istər demokrat pərdəsi altında kimin gəlməsindən asılı olmayaraq onlar xoşluqla Qarabağı Azərbaycana qaytarmayacaqlar. Yalnız bir real həll variantı var - Rusiya ilə Azərbaycan arasında. Azərbaycanın KTMT və Avrasiya İqtisadi Birliyinə daxil olması, Azərbaycan ərazisində rus qoşunlarının yerləşdirilməsi ilə nəticələnən razılaşma əldə olunarsa, Qarabağın ətrafında işğal olunmuş rayonların bir neçəsi Azərbaycana qaytarıla bilər, bəlkə də Qarabağ erməniləri məcburi şəkildə nominal olaraq Azərbaycanın tərkibinə qaytarıla bilər. Lakin Azərbaycanda marağı olan böyük güclərin Rusiyanın bu dərəcədə Azərbaycana əl qoymasına icazə verməsi inandırıcı deyil. Ona görə də, Ermənistanda nə baş verməsindən asılı olmayaraq Qarabağ məsələsində irəliləyiş görünmür. Bu situasiyadan yararlanmaq Azərbaycanın qərarına bağlıdır, biz yaranmış fürsətdən istifadə etmiriksə, Ermənistanda baş verənlərin Qarabağ məsələsinə heç zaman təsiri olmayacaq".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2317   Tarix: 25 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021