"Polisin ucuz şouya ehtiyacı yoxdur" - DİN-dən Yasamal klipinə reaksiya

"Polisin ucuz şouya ehtiyacı yoxdur" - DİN-dən Yasamal klipinə reaksiyaXüsusi karantinin tətbiq olunduğu bu günlərdə Yasamal rayonunda eyvana çıxaraq, Azərbaycan polisinin şəninə mahnı oxuyan, daha sonra onlara çiçək atan "qonşular"ın fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə yol açıb. Fotoda əllərində dönər və sərinləşdirici içki olan "qonşular" konsert sonrası kollektiv görüntülərini əbədiləşdiriblər. Əksəriyyət "qonşular"ın jestini ucuz şou adlandıraraq, bunu təşkil edənləri qınayıb.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərlə razılaşmayıb:

"Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik".

Qonşuların Milli Konservatoriya tələbələri olmasına gəlincə, DİN rəsmisi bundan məlumatsız olduğunu deyib:

"Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur. Bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi. Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2930   Tarix: 26 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart