Azərbaycanda tanışını öldürüb basdıran şəxslə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda tanışını öldürüb basdıran şəxslə bağlı RƏSMİ MƏLUMATBakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyət tədbirləri davam etdirilir.

***

13:17

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub.

Bununla bağlı Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb. N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində ekshumasiya edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2416   Tarix: 26 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel